Icma.az
close
up
RU
Bu işdə əsas zərərçəkən mənəm Sabiq icra başçısı oğlunun məhkəməsində ifadə verib

Bu işdə əsas zərərçəkən mənəm Sabiq icra başçısı oğlunun məhkəməsində ifadə verib

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabiq icra başçısı Lütvəli Babayevin oğlu Babəli Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyən şəxslər, sabiq baş həkim Aruz Əliyev və tanışı Ehtiram Kərimovun cinayət isi üzrə növbəti məhkəmə iclası keçirilib.

"Unikal"ın məlumatüna görə Bakı Ağır Cinayətkər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda Babəli Babayevi müdafiə edən vəkil  vəsatət verərək, məhkəmənin jurnalistlərin iştirakı olmadan keçirilməsini istəyiblər. Buna səbəb kimi məhkəmə prosesləri barədə mediada  həqiqətləri əks etdirilməyən məlumatların və sosial şəbəkəlırdə təhqiredici ifadələrin yer almasını, bunun isə ailəsinə mənfi təsir etməsi göstərilib.Təqsirləndirilənlərin vəkiləri isə buna etirazlarını bildiriblər. 

Müşavirədən sonra məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra iş üzrə şahidlər məhkəmənin və vəkillərin sualarını cavablandırıblar. Şahid kimi dindirilən sabiq icra başcısı Lütvəli Babayev ilkin istintaqda verdiyi ifadəni təsdiqlədiyini deyərək, təqsirləndirilən A.Əliyev və E. Kərimovun ən ağır cəzaya məhkum edilməsini məhkəmədən istəyib:

"Bu işdə ən böyük zərərçəkən elə mən özüməm".

Müdafiə vəkilləri təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıblar. Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses yanvarın 15-nə təyin edilib.

Xatırladaq ki, Babaəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata satıb pulu mənimsəməkdə ittiham olunur. Bu hadisə baş verməzdən əvvəl isə Babaəli Babazadənin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənməli olduğu xatırladılıb. Məsələ ilə bağlı Babaəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub. İddia olunur ki, Aruz Əliyev külli miqdarda vergi borcu yaranmış Babaəli Babazadəyə ölkədən çıxmağı məsləhət bilib.
O, tanışı Ehtiram Kərimovla əlbir şəkildə eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasını təşkil ediblər. Babaəli Babazadə Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruz Əliyevə etibarnamə verib, əmlaklar satışa çıxarılıb. Onun dediyinə görə, Aruz Əliyev onun etibarından sui-istifadə edib. Aruz Əliyev və Ehtiram Kərimov Babaəli Babazadənin əmlakını ümumilikdə 2 milyon manata satıblar, pulu sahibinə vermədən şəxsi mənafeləri üçün sərf ediblər. A.Əliyev bu cinayətin üstü açılana kimi “Uniklinika”nın baş həkimi olub. Zərərçəkmiş şəxsin şikayəti əsasında Aruz Əliyev və Ehtiram Kərimov tutulublar. Onlara qarşı Cinayət Məcəlləsinin 178.4 maddəsi (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ittiham irəli sürülüb.
Qeyd edək ki, Babaəli Babazadənin atası Lütfvəli Babayev 2005-2007-ci illərdə Mingəçevirin, 2007-2019-cu illərdə isə Zərdab rayonun icra başçısı olub.

Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Dekabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri