“Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” Video
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən, qəzalı vəziyyətdə olan 2 hərəkət zolaqlı avtomobil körpüsü (Saray körpüsü) sökülərək, əvəzində 4 hərəkət zolaqlı yeni körpü inşa edilmişdi. Bu proses 3 ay davam etmiş və 2024-cü ilin dekabrından bu ilin mart ayına qədər Məhəmməd Əsədov küçəsində hərəkət məhdudlaşdırılmışdı.
Həmin yoldan istifadə edən sürücülərdən bəziləri Yeniavaz.com-a müraciət edərək ,yeni körpünün yanaşma yollarının genişləndirilməsi istiqamətində hazırda aparılan işlərin yenidən tıxaclara səbəb olduğunu bildirirlər.
“Bu genişləndirmə işləri niyə körpünün inşası ilə eyni dövrdə aparılmayıb? İndi hər gün uzunmüddətli tıxaclar yaranır”, - sürücülərdən biri bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Məhəmməd Əsədov küçəsində Saray körpüsünün yanaşma yollarının genişləndirilməsi işlərinin aparıldığına dair məlumat yayıb.
Bildirilib ki, genişləndirmə çərçivəsində mövcud yolların eni artırılaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına çatdırılacaq.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Saray körpüsünün söküntüsünə başlanıldı VİDEO
19 Dekabr 2024 16:32
Saray körpüsünün təmirindən son görüntü VİDEO
27 Yanvar 2025 14:35
Saray körpüsünün tikintisi BU TARİXDƏ başa çatacaq RƏSMİ/VİDEO
14 Yanvar 2025 13:01
Sökülən Saray körpüsünün FƏSADLARI
21 Dekabr 2024 00:24
Saray körpüsünün ətrafı genişləndirilir
05 İyul 2025 13:03
Baxış sayı:118
Bu xəbər 15 İyul 2025 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















