Icma.az
close
up
RU
Bu istiqamətdə dəmir yolu ilə minimum qiymətlər AÇIQLANDI

Bu istiqamətdə dəmir yolu ilə minimum qiymətlər AÇIQLANDI

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yanvarın 3-dən bərpa edilən Bakı–Balakən–Bakı reysi üzrə ilk qatarın doluluq səviyyəsi 90 %-dən çox olub.

Bu barədə Metbuat.az-a “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Bu, həmin istiqamətdə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir.

Hərəkət cədvəlinə əsasən, yataq tipli qatarlar hər gün Bakıdan saat 23:50-də yola düşəcək və Balakənə səhər saat 08:10-çatacaq. Balakəndan saat 22:10-da yola düşən qatar isə səhər saat 06:50-də Bakı Dəmiryol Vağzalında olacaq.

Sərnişinlərə "Standard, "Standard+" və "Business" sinifləri üzrə səyahət imkanları təklif olunur. Bakıdan Yevlax stansiyasına minimum qiymətlər "Standard" sinif üzrə 13,1 manat, "Standard+" sinif üzrə 17,6 manat, "Business" sinif üzrə 54,6 manat, Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər "Standard" sinif üzrə 14,8 manat, "Standard+" sinif üzrə 23,9 manat, "Business" sinif üzrə 63,3 manat, Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər isə "Standard" sinif üzrə 16,4 manat, "Standard+" sinif üzrə 23,9 manat, "Business" sinif üzrə 67,7 manatdır. Bakı–Balakən–Bakı istiqaməti üzrə qiymətlər "Standard" sinif üzrə 18 manat, "Standard+" üzrə 27 manat, "Business" sinif üzrə 72 manatdan başlayır.

Bu marşrut üzrə qatarların yenidən fəaliyyətə başlaması ilə şimal-qərb regionu üzrə yarım milyona yaxın vətəndaşa ADY-nin qatarlarından istifadə etməklə rahat və təhlükəsiz səfər etmək imkanı yaradılır. Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Yevlax, Şəki, Qax, Zaqatala, Balakən stansiyaları və Göyəm, Göynük, Qorağan, Əliabad dayanacaqlarından istifadə edə bilərlər.

Uzun məsafələrdə, xüsusilə gecə səyahətlərində sərnişinlərin rahat yatıb istirahət edə bilməsi üçün yenilənmiş beş yataq tipli vaqondan ibarət qatarlar istismara verilib. Bu qatarlarda hərəkətin stabil və daha az titrəyişli olması üçün sürət xüsusi olaraq tənzimlənir. Qatarın ümumi sərnişin tutumu bir istiqamətə 189 nəfərdir.

Rahat səyahəti təmin etmək məqsədilə yataq tipli vaqonların təchizatı yenilənib, standart sinif üzrə vaqonda yerlər üzrə işıq keçirməyən yeni pərdələr quraşdırılıb. Vaqonlarda yataqların keyfiyyəti sərnişinlərin səfər zamanı rahatlığının təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğundan yeni yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü, dəsmal) materialları yumşaq və asan təmizlənə bilən materiallardan seçilib.

Sərnişinlərə səfər dəstləri (biznes sinif üzrə qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası, daraq, dabankeş, tərlik, bəylər üçün ülgüc dəsti / xanımlar üçün kosmetik əşyalar; standart+ sinif üzrə qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası; standart sinif üzrə qazsız su, nəm və quru salfet, qulaq tıxacı) təqdim edilir. Bundan başqa, biznes sinif üzrə xüsusi menyu (pendir çeşidi, kolbasa, çörək çeşidi, cem, pomidor, xiyar, zeytun çeşidi, kükü; limitsiz çay / qəhvə; keks) hazırlanıb, əlavə olaraq media xidməti (4 dildə bədii film, cizgi filmi, musiqi, veriliş seçimi) göstərilir. Həmçinin yolboyu səyyar satış xidməti həyata keçirilir.

Oturaq tipli qatarlardan fərqli olaraq yataq tipli qatarlarda sərnişinlərə yük aparmaq üçün daha çox imkan yaradılır. Belə ki, marşrut üzrə "Standard" və "Standard+" sinifləri üçün ödənişsiz yük həcmi 36 kq, "Business" sinif üçün isə 50 kq müəyyən olunub.

Sərnişinlər həmçinin səfər zamanı qatarda pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər. Bu, sərnişinlərə internet əlaqəsi, yazışmalar, onlayn axtarış və digər kommunikasiya xidmətlərini təqdim edir.

1985-ci ildən istifadəyə verilmiş Bakı–Yevlax–Şəki–Balakən dəmir yolu xətti üzrə qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə ADY daxili imkanlarından istifadə edərək 2023-cü ilin noyabr ayından 164 km uzunluğu olan Yevlax–Balakən sahəsində genişmiqyaslı təmir işləri aparıb. Reyslərə, yoldəyişən qurğulara, 47 ədəd körpü və 37 ədəd qorunmayan keçidə baxış keçirilib. Təmir zamanı yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, qüsurlu süni qurğularda, qorunmayan keçidlərdə təmir işləri görülüb, çatışmayan yol nişanları əlavə olunub. İşlər başa çatdırıldıqdan sonra qatarların hərəkət sürəti 48-dən 55 km/saata yüksəldilib. Bununla da marşrut üzrə pandemiyadan öncəki 9 saat 35 dəqiqəlik səfər müddəti hazırda 8 saat 20 dəqiqəyə endirilib. Bu istiqamətdə təkmilləşdirmə işləri davam etdiriləcək. Ümumilikdə isə şimal-qərb bölgəsinin dağlıq relyefə malik olması bu istiqamətdə sürətin daha da artırılmasına, digər istiqamətlərlə müqayisədə yüksək sürətin müəyyənləşdirilməsinə mane olur.

Sərnişinlər Bakı–Balakən–Bakı marşrutu üzrə biletləri ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/), “ADY Mobile” tətbiqindən və dəmiryol vağzallarının kassalarından əldə edə bilərlər. Kağız əsaslı əməliyyatların rəqəmsallaşdırılması məqsədilə aralıq dayanacaqlar üçün (Göynük, Qorağan, Əliabad, Göyəm) bilet satışı onlayn formada həyata keçirilir. Sərnişinlər onlayn bilet alarkən Göynük və Qorağan dayanacaqlarına getmək üçün Qax, Əliabad dayanacağına getmək üçün Zaqatala, Göyəm dayanacağına getmək üçün isə Balakən stansiyasını seçməlidirlər.

Bütün stansiyalarda (Şəki, Qax, Zaqatala, Balakən) təmir və abadlıq işləri görülüb, xidmətedici heyət yenilənib. Bundan başqa, stansiyaların ərazilərində avtomobillərin parklanması üçün şərait yaradılıb.

Bütün bu yeniliklər Azərbaycan Dəmir Yolları tərəfindən sərnişinlərin səyahətini daha rahat və təhlükəsiz etmək, həmçinin ölkədaxili nəqliyyatın keyfiyyətini artırmaq və genişləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, dünyada yataq tipli vaqonlar adətən 6-12 saat, 500-1500 km arası məsafəni əhatə edən səyahətlər üçün ən uyğun nəqliyyat vasitəsi hesab edilir. Uzun səyahətlərdə bu qatarların üstünlüyü rahatlıq və səmərəliliklə bağlıdır. Təyyarədə yuxuya getməkdə çətinlik çəkən sərnişinlər üçün yataq tipli gecə qatarları daha rahat seçimdir.

Hazırda dünyada yataq tipli vaqonlara tələbat artır və 2025-ci ildə də bu trendin davam edəcəyi proqnozlaşdırır. Karbon izini azaltmağa töhfə vermək və təyyarə ilə səyahətdən imtina etmək istəyənlər üçün qatarlar Avropada daha çox tələbat olan nəqliyyat növünə çevrilir. Əlavə olaraq, gecə qatarlarında səyahət həm gündüz saatlarına, həm də hotel xərclərinə qənaət etməkdir.

ADY fəaliyyətində dünya təcrübəsinə əsaslanaraq, sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar, rəqəmsal həllər tətbiq edir. 2024-cü ildə yeni qatarların xəttə buraxılması, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin artırılması, yeni dayanacaqların istifadəyə verilməsi, bir sıra stansiya və dayanacaqlarında, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidmətinin aktivləşdirilməsi, loyallıq proqramı və dinamik qiymət siyasətinin tətbiqi və bu addımların nəticəsi olaraq 2024-cü ildə rekord sayda – 8,5 milyon sərnişin daşınması ADY-nin sərnişindaşıma sahəsinin inkişafına, müştəri məmnuniyyətinin artırılmasına xüsusi diqqət yetirdiyini göstərir. 2025-ci ilin əvvəlindən isə Bakı–Balakən–Bakı marşrutunun bərpası bölgə sakinləri üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə xidmət edəcək. Bu xəttin bərpası, eyni zamanda, şimal-qərb bölgəsinin turizminin inkişafına mühüm töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 04 Yanvar 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see169

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see152

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see135

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see133

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see123

Səhiyyə Nazirliyində İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirildi FOTO

16 Oktyabr 2025 16:50see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see120

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see119

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see119

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri