“Bu istiqamətdə təxirəsalınmadan işlərə başlanılsın” BƏYANAT
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin iclası keçirilib. ƏHD Partiyası mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, iclasda Sədərək Ticarət Mərkəzində baş vermiş güclü yanğınla bağlı məsələ də müzakirə olunub. Qeyd olunub ki, ticarət mərkəzi ən adi təhlükəsizlik standartlarına cavab vermir. Ona görə də, daha böyük təhlükələrin qarşısının alınması, eyni zamanda müvafiq tələblərə cavab verməsi üçün ticarət mərkəzi sahibkarlara ziyan vurulmadan, tədricən sökülməli və yenidən inşa olunmalıdır.
ƏHD Partiyası hökumətə müraciət edir ki, bu istiqamətdə təxirəsalınmadan işlərə başlanılsın və yanğından zərər çəkmiş sahibkarlara ən azı vergi ödənişləri və gömrük rəsmiləşdirilmələri zamanı güzəştlər edilsin.
Baxış sayı:45
Bu xəbər 01 Sentyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















