Bu ixtira hərbçilərimizi minalardan QORUYACAQ VİDEO
Icma.az bildirir, Milli.az portalına istinadən.
Gənc azərbaycanlının hazırladığı yeni ixtira sosial şəbəkələrdə böyük maraq və rəğbətlə qarşılanıb. Bildirilir ki, o, hərbçilərin təhlükəsizliyi üçün xüsusi siqnal sistemi hazırlayıb.
Milli.Az xəbər verir ki, ixtiranın əsas məqsədi minalı ərazilərdə hərəkət edən hərbçiləri əvvəlcədən təhlükə barədə xəbərdar etməkdir. Gəncin hazırladığı qurğu ayaqqabının içinə yerləşdirilir və yaxınlıqda mina və ya təhlükəli metal aşkar etdiyi zaman xüsusi siqnal verir.
Paylaşılan görüntülərdə qurğunun işləmə prinsipi nümayiş olunub. Sosial media istifadəçiləri isə bu təşəbbüsü yüksək qiymətləndirərək gəncin düşüncəsini təqdir ediblər.
İzləyicilər şərhlərdə belə layihələrin dəstəklənməsinin vacibliyini vurğulayıb, ixtiranın gələcəkdə hərbçilərin həyatını xilas edə biləcəyini qeyd ediblər. Bəzi istifadəçilər isə bu ideyanın daha da inkişaf etdirilərək geniş şəkildə istifadə olunmasını arzuladıqlarını bildiriblər.
Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 15 May 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















