Bu ixtisaslar üzrə distant təhsil qadağan edilir Qanun layihəsi müzakirəyə çıxarılır
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
Rusiya Dövlət Duması orta tibb və əczaçılıq ixtisasları üzrə elektron və distant təhsilə qadağa qoyan qanun layihəsinə baxacaq.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, qanun layihəsinə bu həftə baxılacaq. Təşəbbüs ilk növbədə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib. Əlavə tibb təhsili proqramlarının işlənib hazırlanması və təsdiq edilməsi məsələsi Səhiyyə Nazirliyinə həvalə edilməlidir.
"Orta tibb və əczaçılıq təhsilinin əsas proqramlarının həyata keçirilməsində müstəsna elektron və distant təhsildən istifadəyə qadağa qoyulması təklif olunur" - deyə Volodin yazıb.
O, həmçinin əlavə edib ki, qanun layihəsində təhsil təşkilatları üçün yeni qaydalar nəzərdə tutulub. Təşəbbüs onları Səhiyyədə Nəzarət Federal Xidmətindən ("Roszdravnadzor") nəticə almağa məcbur etməlidir. Əgər bunu edə bilməsələr, o zaman tələbələrin başqa təhsil müəssisələrinə köçürülməsi təmin olunacaq.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 20 Yanvar 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















