Icma.az
close
up
RU
Bu ixtisaslara qəbul olunanlar iş tapa bilmir

Bu ixtisaslara qəbul olunanlar iş tapa bilmir

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda hər il minlərlə gənc ali məktəblərə daxil olsa da, onların bir hissəsi seçdikləri ixtisas üzrə iş tapa bilmir. Bunun səbəbi isə əmək bazarının real tələbləri ilə universitetlərin təqdim etdiyi ixtisaslar arasında ciddi uyğunsuzluğun olmasıdır. Hüquq, beynəlxalq münasibətlər, jurnalistika kimi tanınmış ixtisaslar istisna, daha texniki və spesifik sahələrdə bu problem özünü göstərir.
Modern.az əmək bazarında nisbətən az tələbat olan bəzi ixtisasları araşdırıb.

Bunlar arasında Melorasiya mühəndisliyi və su idarəçiliyi ilə bağlı ixtisasları xüsusi ilə qeyd etmək olar. Adıçəkilən ixtisaslara qəbul olan tələbələrin əsas iş imkanları Meliorasiya və Su Təsərrüfatı ASC və Kənd Təsərrüfatı Nazirliyinin layihələrindədir. Ancaq bu qurumların layihələri məhduddur və hər il yüzlərlə məzun üçün kifayət etmir.
Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası üzrə ən böyük işverən dövlət strukturları - Əmlak Məsələləri Dövlət Xidməti və bələdiyyələrdir. Ancaq burada da vakansiyalar çox az olur. Özəl sektorda isə daşınmaz əmlak bazarı inkişaf etdiyindən müəyyən məhdud imkanlar mövcuddur.
Azərbaycanın sənaye istehsalı hələ də tam inkişaf etmədiyindən Materiallar mühəndisliyi ixtisas üzrə məzunlara əmək bazarında təlabat azdır. Onlar üçün sadəcə müdafiə sənayesi, metallurgiya və tikinti materialları istehsalı sahələrində məhdud imkanlar var. Bu ixtisasın gəncləri yeni texnologiyalara, məsələn, 3D printing və smart materiallar sahəsinə yönəlsələr, qlobal bazarda daha uğurlu ola bilərlər. Lakin universitetllərdə tədris olunan təhsil bu istəyi qarşılamır.

Əmək bazarında nisbətən daha real iş imkanı olan ixtisaslardan biri Qida mühəndisliyidir. "Azersun", "Gilan", "Pasha agrofood" kimi şirkətlər hər zaman qida texnologları axtarır. Lakin bu cür böyük şirkətlərdə çalışmaq üçün iş təcrübəsi mütləqdir.
Aerokosmik mühəndisliyi ixtisasının adı cəlbedici səslənsə də, Azərbaycanda bu ixtisas üzrə iş imkanları çox məhduddur. Hazırda yalnız Azərkosmos və bəzi hərbi qurumlar məhdud sayda mütəxəssis tələb edir. Buna görə də gənclərin çoxu xaricdə şans axtarsa da, bunun üçün müxtəlif proqramlara qoşulmaları mütləqdir. 
Geomatika və geodeziya mühəndisliyi ixtisası Azərbaycan üçün kifayət qədər önəmli ixtisas hesab edilsə də, bu sahədə kadr yetişdirilməsi o qədər də ürəkaçan deyil. Bu ixtisasa sahib olanlar əsasən infrastruktur layihələrində, yol çəkilişi və xəritələşdirmə işlərində çalışa bilər. Əlavə olaraq, məzunlar dron xəritələşdirilməsi, uzaqdan zondlama (remote sensing), GIS proqramları üzrə bilik qazanaraq öz imkanlarını genişləndirə bilsələr də, universitetlər bu ixtisası da SSR dövründən qalan materiallarla tədris etməyi “üstün hesab edirlər”. 

Cihaz mühəndisliyi mütəxəssislərinə əsasən SOCAR, neft-qaz sənayesi və bəzi texniki zavodlar maraq göstərir. Əlavə olaraq avtomatlaşdırma, elektronika və IoT (smart cihazlar) üzrə bacarıqlar gənclərə əlavə üstünlük qazandıra bilər. Lakin bu sahədə də rahatlıqla iş tapmaq qeyri-mümkün haldadır. 

Filologiya (rus, türk, ərəb, alman dilləri) üzrə təhsil alan tələbələr əvvəl müəllim olmaq imkanına sahib idisə, indi bu imkan məhdudlaşdırılıb və onlar əsasən nəşriyyatlarda və ya müxtəlif dövlət, özəl sektorlarda tərcüməçi kimi çalışa bilərlər. Əmək bazarında isə bu sahəyə təlabat təklifdən daha çox olduğu üçün iş tapmaq çətinləşir və maaş imkanları da bir o qədər azdır. 

Fəlsəfə ixtisasına qəbul olan məzunlarının əsas iş imkanı ali məktəblərdə müəllimlikdir. Lakin bunun üçün doktrantura dərəcəsini qazanmaq mütləqdir. Eyni zamanda filologiyada olduğu kimi burada da təlabat təklifdən qat-qat çoxdur. Müəllimlik istisna olmaqla əmək bazarında fəlsəfəçilərə bir növ "yer yoxdur".

Bir sıra universitetlərdə tədris olunan su bioehtiyatları və akvakultura ixtisasına qəbul olan tələbələrin də iş imkanları məhduddur. Azərbaycan bu sahədə zəif inkişaf etdiyi üçün, iş imkanları yalnız kiçik balıqçılıq təsərrüfatları və dövlət qurumları ilə məhdudlaşır.


Ekologiya ixtisası da bu siyahıya əlavə oluna bilər. Belə ki, Ekoloqlara əsasən dövlət qurumlarında -Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ekoloji laboratoriyalarda ehtiyac olur. Amma vakansiyalar məhduddur.


Biotexnologiya ixtisas dünya təcrübəsində çox perspektivli olsa da, Azərbaycanda sözügedən sektor zəif inkişaf edib. Əsas iş yerləri sadəcə elmi-tədqiqat institutları və qida sənayesi ilə məhdudlaşır. 
Görünən odur ki, ali təhsil mərkəzlərində tədris olunan ixtisaslar əmək bazarı ilə uyğunlaşdırılmır və illərdir bu sahədə ciddi islahatlar getmir. Müşahidələr onu da deməyə əsas verir ki, əmək bazarı ilə ən çox ayaqlaşan ixtisaslar III və IV qruplarda olduğu üçün hər il bu humanitar və tibb sahələrinə hazırlaşan abituriyentlər arasında ciddi rəqabət gedir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Avqust 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri