Icma.az
close
up
RU
Bu kabablar sağlamlığınızı məhv edir XƏBƏRDARLIQ KONKRET

Bu kabablar sağlamlığınızı məhv edir XƏBƏRDARLIQ KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Son zamanlar müxtəlif iaşə obyektlərində 3-4 manata kabab satılması müəyyən şübhələrin yaranması ilə nəticələnir. Bu qiymətlər bəzi vətəndaşlar üçün cəlbedici görünsə də, belə məhsulların tərkibi və hazırlanma prosesi ilə bağlı ciddi suallar ortaya çıxır. Ət məhsullarının bazar qiymətləri fonunda bu qədər ucuz kababların hansı ətdən hazırlandığına dair narahatlıq artır”.

Bu fikirləri qida eksperti Asim Vəliyev KONKRET.az-a açıqlamasında səsləndirib.

“Hazırda dana və qoyun ətinin 1 kiloqramı orta hesabla 15-20 manat arasında dəyişir. Sadə hesabla 200-250 qramlıq bir kababın təkcə ət maya dəyəri 3-4 manatdan çox edir. Bu isə o deməkdir ki, belə ucuz kabablar ya çox aşağı keyfiyyətli, ya da sağlamlıq üçün təhlükəli ətlərdən hazırlanır. Müxtəlif araşdırmalara və müşahidələrə əsasən, bu kababların tərkibində donmuş, istifadə müddəti bitmiş, 2-ci və 3-cü dərəcəli heyvan ətlərindən, eləcə də mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyini deyə bilərik. Dadı gizlətmək üçün bu cür ətlər müxtəlif qatqılar və ədviyyatlarla qarışdırılır. Hətta bəzən toyuq dərisi, içalat, sümük unu və ya soya əsaslı əlavələr də əti əvəzləmək məqsədilə istifadə olunur”.

Ekspert vurğulayıb ki, bu cür məhsullar insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

“Qida zəhərlənmələri, qaraciyər və həzm sistemi pozğunluqları, yoluxucu xəstəliklər kimi risklər bu keyfiyyətsiz ətlərin istifadəsi ilə birbaşa əlaqəlidir. Üstəlik, belə məhsulların baytarlıq-sanitariya nəzarətindən keçmədiyi də ehtimal olunur. Vətəndaşlar iaşə obyektlərində ucuz qiymətə təqdim olunan kabablara qarşı diqqətli olmalı, bu cür hallarda aidiyyəti qurumlar nəzarət və yoxlamaları gücləndirməlidir”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 May 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri