Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Nizami rayonunda yerləşən Şahin Abbasov adına uşaq bağçasında antisanitar vəziyyət hökm sürür.
“Qafqazinfo” xəbər verir ki, bağçada siçovullar masaların üzərində və yataq otaqlarında gəzir, mətbəx və sanitar qovuşaqda natəmiz vəziyyət yaranıb.
Bağçadakı vəziyyətdən valideynlər də narahatdır:
“Qapısı, istilik sisetemi yoxdur. Evdən elektrik sobası gətirib qoymuşam ki, uşaqlar istilik sistemi ilə təmin olunsun”.
Təhsil müəssisəsinin azyaşlı sakinləri də dəfələrlə gəmiricilərlə rastlaşdıqlarını bildirirlər.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, sözügedən uşaq bağçasında infrastrukturun yenilənməsi ilə bağlı aidiyyəti üzrə müraciət olunub. Məsələnin həlli istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulur.
Ətraflı ARB-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 13 İyun 2025 02:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















