Bu kənddə yığılan meyvələr xarici bazarlara çıxarılır Prezident
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İndi texnologiyalar daha da inkişaf edib. Müasir intensiv bağçılıq texnologiyaları var.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə söhbəti zamanı deyib.
"Baxın, qonşuluqda yerləşən Ağalı kəndinə (Zəngilan rayonunda Azərbaycanın ilk ağıllı kəndi – qeyd). Orada böyük bağ salınıb. İndi mənə məlumat verirlər ki, oradan yığılan meyvələri xaricə də satırlar. Ona görə bağçılıq, üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq dövlətin dəstəyi ilə inkişaf etməlidir", - deyə prezident əlavə edib.
Dövlət başçısı qeyd edib ki, Soltanlıda indi yarımstansiya və aqroparklar açılır:
"Müharibə zamanı Soltanlı uğrunda gedən döyüşlər ən şiddətli döyüşlərdən idi. Orada ermənilər güclü istehkamlar qurmuşdular. Soltanlı uğrunda şəhidlərimiz də olub. Ancaq o kəndi biz azad edəndən sonra daha sürətlə irəli getdik. Orada, yəni bax, bu bölgədə, - Arazboyu bölgəsində, - bəlkə də birinci Füzulinin o Qaraxanbəyli kəndi, sonra Mərcanlı idi ki, biz birinci o xətti oradan yarıb keçdik. Sonra ən şiddətli döyüşlər Soltanlıda getmişdi. Bütün bu torpaqlar bizim qəhrəmanlıq simvolumuzdur".
Baxış sayı:140
Bu xəbər 09 May 2026 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















