Bu kəndlərin küçələrinə işıq ÇƏKİLƏCƏK
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Xocalı rayonu Ballıca kəndi və Ağdərə rayonu Həsənriz kəndinin küçələrinə işıq dirəkləri quraşdırılacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, rayonun Ballıca kəndinin küçələrinə işıq dirəklərinin quraşdırılması işləri aparılacaq. Xocalının Ballıca kəndi ilə yanaşı, Ağdərə rayonu Həsənriz kəndinin də küçələrinin işıqlandırılması üçün işıq dirəkləri quraşdırılacaq.
Məlumata görə, artıq bununla bağlı “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi hazırlıq işlərini yekunlaşdırıb.
Qurum işğaldan azad olunmuş ərazilərdə sözügedən işlərin icrasını “Enerji İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri 353.619,8 AZN (353 min 619 manat 8 qəpik) olan müqavilə bağlayıb.
Qeyd edək ki, “Enerji İnşaat” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Abubəkir Əlimurad oğlu Musayevdir.
Baxış sayı:152
Bu xəbər 21 Dekabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















