Bu kəsişmədə sürücülər qaydanı açıq aşkar pozur: Nişanı saymayıb yolu iflic edirlər VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Yusif Səfərov və Nizami küçələrinin kəsişməsində sürücülər kütləvi şəkildə yol hərəkəti qaydalarını pozurlar. Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videogörüntü göndərib. Kadrdan aydın görünür ki, 99-QR-026 dövlət nömrə nişanlı “Changan”, 77-FV-602 nömrəli “KIA” və 77-MH-211 nömrəli “Lixiang” markalı avtomobillərin sürücüləri 4.1.1 – düzünə hərəkət nişanını nəzərə almadan geriyə dönüş manevri edirlər.
Bu qayda pozuntusu nəticəsində onlar həm qarşıdan gələn nəqliyyatın, həm də düzünə hərəkət edən sürücülərin yoluna mane olur və ərazidə süni tıxac yaradırlar. Şikayətçinin sözlərinə görə, həmin nöqtədə praktiki olaraq hər gün eyni vəziyyət təkrarlanır.
Xatırladaq ki, 4.1.1 nişanı olan yerdə geriyə dönüş etmək qadağandır. Belə manevr həm qəzaya səbəb ola, həm də yolun hərəkət intensivliyini ciddi şəkildə poza bilər. Sürücülərin nişanların tələbini nəzərə alması həm təhlükəsizliyi təmin edir, həm də ümumi yol mədəniyyətini qorumağa xidmət edir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 10 Dekabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















