Icma.az
close
up
RU
Bu, kifayət qədər mürəkkəbdir və asan həll olunan məsələ deyil

Bu, kifayət qədər mürəkkəbdir və asan həll olunan məsələ deyil

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda ictimai nəqliyyatda sərnişin sıxlığı problemi daha çox müzakirə olunur və marşrut xətlərinə əlavə avtobusların buraxılması bu vəziyyətə qısamüddətli cavab kimi tətbiq edilən addımlardan biridir. Bəs, bu yanaşma nə dərəcədə effektivdir və sıxlığın azaldılması üçün uzunmüddətli həll hesab oluna bilərmi, eləcə də ümumilikdə sistemin hansı dəyişikliklərə ehtiyacı var? Əlavə avtobusların xəttə çıxarılması müəyyən dərəcədə rahatlıq yaratsa da, bu, problemi tam həll etmir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırda bu proses sürətli şəkildə davam edir. 
"Son illərlə müqayisədə ictimai nəqliyyatda, xüsusilə avtobus parkında xeyli sayda yenilənmə və genişlənmə müşahidə olunur. Həm dövlətin tabeliyində olan daşıyıcı şirkətlər, həm də özəl daşıyıcılar tərəfindən çoxlu sayda avtobuslar marşrutlara buraxılıb, yeni marşrut xətləri təşkil edilib. Eyni zamanda xəttə buraxılan avtobusların əksəriyyəti ekoloji baxımdan daha təmiz nəqliyyat vasitələridir. Demək olar ki, hər ay daşıyıcı şirkətlərin avtobus parkı yenilənir. Lakin nəzərə almaq lazımdır ki, Bakı şəhəri iri sənaye və paytaxt şəhəridir, əhali sıxlığı yüksəkdir və ölkəyə gələn turistlərin sayı da kifayət qədər çoxdur".
Həmçinin oxu:
Qapının ağzına bir ovuc tökün: Həmişəlik yoxa çıxacaqlar
Nəfəsiniz çatmayacaq: 55 hərfdən ibarət olan o söz hansıdır?
Kardioloqlar özlərinin də yediyi 6 səhər qidasını açıqladılar
Ekspert bildirib ki, bu səbəbdən ictimai nəqliyyatın, xüsusilə avtobus sektorunun üzərinə böyük yük düşür.
"Bu, kifayət qədər mürəkkəb və asan həll olunan məsələ deyil. Buna baxmayaraq, müşahidə olunur ki, şəhərdə avtobuslarla təminat mərhələli şəkildə həyata keçirilir. Şəhərin iqtisadi inkişafı və əhali artımı bu yükü daha da artırır və sistemin buna uyğunlaşması çətinləşir. Bu məsələlərin həlli üçün artıq dövlət proqramları mövcuddur. Həmin proqramlar çərçivəsində ictimai nəqliyyatın inkişafı, şaxələndirilməsi və yeni marşrut xətlərinin yaradılması istiqamətində işlər görülür. Hazırda bu sahədə layihələndirmə və planlaşdırma mərhələsində olan bir sıra layihələr də gündəmdədir".
Görünən odur ki, avtobusların sayının artırılması vəziyyəti müəyyən qədər yüngülləşdirsə də, əsas hədəf nəqliyyatın şaxələndirilməsi və uzunmüddətli dövlət proqramlarının tam icrasıdır.
Yəni Bakıda əhali çox olduğu üçün təkcə yeni avtobuslar bəs etmir, nəqliyyat sisteminin tamamilə yenidən qurulması və digər alternativ yolların inkişafı planlaşdırılır.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Aprel 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri