Icma.az
close
up
RU
Bu, kino deyil, hansısa nazirliyin problemidir Hilal Baydarovun realist etirafı

Bu, kino deyil, hansısa nazirliyin problemidir Hilal Baydarovun realist etirafı

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kinoşünas Sevda Sultanova tanınmış rejissor Hilal Baydarovun son müsahibəsi barədə təəssüratlarını şəxsi teleqram kanalında bölüşüb.

Kulis.az xəbər verir ki, o, Hilalla bir neçə dəfə rastlaşdığını və onun müsbət enerjisini hiss etdiyini vurğulayıb:

“Hilalın çox xoş aurası var, onunla söhbət etmək zövqlüdür. Amma bu dəfəki müsahibəsi mənə maraqlı gəlmədi. Fikirləri bir qədər ziddiyyətli idi”.

Sultanova qeyd edir ki, rejissorun sənətə yanaşmasında paradoksal məqamlar diqqət çəkir:

"Hilal deyir:“Realizm deyilən şey sənətin düşmənidir. Ona görə ictimai, sosial, məişət mövzulu filmlər məndə ikrah hissi yaradır, baxa bilmirəm. Əhməd əmi evinə 300 manat apara bilmir, uşağının problemi var – çox gözəl, drama dəhşət. Amma bu, kino deyil, hansısa nazirliyin problemidir”.

Kinoşünas bildirir ki, rejissorun bu fikirlərindən sonra özünün gündəlik məişət problemi barədə emosional danışması ziddiyyətli təsir bağışlayıb:

“Allahla problemim yoxdur, amma yaratdığı dünyadan nifrət edirəm. Palçığa bulaşıram. Mən Masazırda, Cantəpədə qalırdım. Geyinməyi xoşlayıram, amma geyinib şəhərə təmiz gəlmək ehtimalım yoxdur. O palçıqdan Xırdalan dairəsinə çıxmaq üçün bir saat vaxt lazımdır. Ayaqqabımın təmiz qalma ehtimalı yoxdur, halbuki səliqəli gəzməyi xoşlayıram”.

Sevda Sultanova qeyd edir ki, sosial problemləri kinoda “nazirliyin işi” sayan, amma real həyatda bu problemlərdən əziyyət çəkən rejissorun bu yanaşması maraqlı təzad yaradır:

“Sosial reallığı sənətdə iyrənc sayan, amma həmin reallığın içində emosional yanğı ilə yaşayan Hilalın müsahibəsi ziddiyyətlərlə dolu idi”.

"Hamı bir yana, Allahdan da utanmırsız?" - Şəhriyar del Geranidən sərt sözlər "Can Azərbaycan" ifadəsinin müəllifi... - Yavuz Bülənt Bakilərin Qarabağla hansı bağlantılatı vardı? Madonna İlon Maskın təklifini rədd etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri