Icma.az
close
up
RU
“Bu kitabı yazıb bitirəndən sonra öləcəyəm” “Kişi sözü”nün Niyazı

“Bu kitabı yazıb bitirəndən sonra öləcəyəm” “Kişi sözü”nün Niyazı

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Musavat.com-un növbəti həmsöhbəti kinorejissor, aktyor, ssenarist Cahangir Mehdiyevdir. Hər kəsin yaddaşında “Kişi sözü” filmindəki Niyaz obrazı ilə qalan rejissorla söhbətimizə elə bu mövzudan başladıq. Əməkdar incəsənət xadimi bildirdi ki, filmin ikinci hissəsinin ssenarisi üzərində işləyir.

-Həm yaradıclığımla bağlı kitab yazıram, həm də “Kişi sözü” filminin ikinci hissəsinin ssenarisini hazırlayıram. Bu kitabı yazıb bitirəndən sonra dünyamı dəyişəcəm. Nə qədər tez yazsam, o qədər də tez öləcəyəm. 

-Niyə belə bədbin fikirləşirsiniz?

-Nə bilim. Bu həyatda bir arzum qalıb, o da mənim şərəf və qürurumla bağlıdır. Hamı söz verir, amma heç kim kömək etmək istəmir.

-Bu arzu nə ilə bağlıdır ki?

-Onu deyə bilmərəm, sirdir. Bu haqda kitabımda yazacağam. Abbasqulu Ağa Bakıxanov haqqında film çəkmişdim. Onun da mənim kimi arzusu var idi.  İllərlə gözlədi, ölümünə yaxın arzusuna çatdı. İndi bilmirəm, mən arzuma çatıb öləcəyəm, yoxsa çatmamış öləcəyəm.

-Bu hansısa fəxri ad istəyi ilə bağlıdır?

-İndidən demək istəmirəm.  Mənə ad lazım deyil, 25 il bundan qabaq ulu öndərdən “Əməkdar incəsənət xadimi” adını almışam. Bu, mənə kifayətdir. Vaxt gələr deyərəm.

-Dediniz ki, “Kişi sözü” filminin ikinci hissəsini çəkmək istəyirsiniz. Aktyor heyətindən ağlınızda kimlər var?

-Həmin filmdən bir mən sağam, bir oğlum, bir də Sənubər İsgəndərli sağdır. Ssenaridə 44 günlük müharibəyə böyük yer ayırmışam.

Mən “Papaq” filmini Şuşada çəkmək istəyirdim. Sonradan Şəkini seçdim. Azad olunandan sonra da Şuşaya getdim, daha da gözəlləşib.

-Kinosuz qalmaq sizi darıxdırmır ki?

-İndi kinonun əvvəlki vəziyyəti deyil. Kinostudiyada fəaliyyət yoxdur.

-Kinostudiyaya gedib gəlirsinizmi?

-Mən Peşəkar Kinorejisorlar Gildiyasının idarə heyətinin üzvüyəm. İclasdan iclasa gedirəm.

-  “Kişi sözü” filmindəki tərəf-müqabiliniz, aktrisa Sənubər İsgəndərli ilə əlaqəniz varmı?

-Bayramlarda telefon əlaqəsi saxlayırıq. Qismət olsa, ikinci filmə çəkərik.  O da ssenari üzərində işlədiyimi bilir. Gərək müharibələrə son qoyulsun, sülh müqaviləsi bağlansın ki, incəsənət və kino dirçəlsin. Ümumiyyətlə, kino ilə bağlı ayrıca qurum olmalıdır. Mədəniyyət Nazirliyinin balansına keçəndən sonra kinonun taleyi döndü.

  Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərini ekranlaşdırmaq istəyirdim. Nazirlik pul ayırmadı, dedilər o yoxdur, bu yoxdur. Onlar kinodan başqa hər şeylə məşğul olurdular. Nazirlik kinonun evini yıxdı. Nazirin qəbuluna düşə bilmədim, boş vədlər verirdilər.

-Bu günlərdə başınızı necə qatırsınız?

-Mütaliə edirəm, çıxışlara qulaq asıram. 

-Yolunuzu davam etdirən varmı?

-Oğlum, rejissor  Elnur Mehdiyev mənim davamçımdır.

- Yeri gəlmişkən , indi kişilər sözünü tuta bilirmi? 

- Əsas əməldir, söz deyil. Məsələn, Paşinyan sözünü tuta bilmir. Sülh istədiyini deyir, sonra da Ermənistanı silahlandırır. Bizim prezident isə deyir ki, sözümüz imzamızdır. 

- 2011-ci ildən Milli Olimpiya Komitəsində çəkiliş qrupunun rəhbəri kimi çalışırsınız. Bununla bağlı işlər nə yerdədir?

- Davam edir. Rəhbərlik edirəm. İdmanla bağlı yaxşı filmlər çəkmişik. Mən əməkdar məşqçiyəm. İdmanla məşğul olmuşam. Məşqçi kimi dünya çempionu hazırlamışam. İdman mənim yaradcılığımın ayrılmaz hissəsidir. Prezident haqqında film də çəkmişdim. Mən yeganə adamam ki, həm əməkdar məşqçiyəm, həm də əməkdar incəsənət xadimiyəm. Cavan vaxtlarımda dünya çempionu hazırlamışam.  İdman mənim həyat tərzim idi. 

- Bəs indi necə, idmanla məşğul ola bilirsinizmi?

- İndi ağır idmanla yox, bədən tərbiyəsi ilə məşğul oluram. Bu yaşda nailiyyətlər əldə etmək çox çətindir.

Şahanə Rəhimli
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Fevral 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri