Icma.az
close
up
RU
Bu klinika təzminat ödəyəcək Burun düzəldəndə gözü zədələyib

Bu klinika təzminat ödəyəcək Burun düzəldəndə gözü zədələyib

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Sumqayıt şəhərində yerləşən “Liman Klinikası” qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə belə qərar qəbul edib.

İş üzrə iddiaçı Nuridə Zülfüqarovadır. Zülfüqarova 2024-cü ildə “Liman Klinikası”nda cərrah Əfqan Ağagülov tərəfindən burun əməliyyatı olunub. Lakin əməliyyatdan sonra onun sol gözündə çəplik yaranıb.

Sonradan rayon prokurorluğunda araşdırma aparılsa da, yekunda cinayət işinin başlanmasından imtina edilib. Lakin məhkəmə-tibb ekspertizası əməliyyatın qüsurlu aparıldığını təsdiq edib.

Fotoda: Əfqan Ağagülov

İddiaçının vəkili Anar Məmişov ekspert rəyini də məhkəməyə təqdim edib. Bundan əlavə, vəkil əməliyyatdan sonra çəkilən xərcləri də sadalayıb. İddiaçı tərəf dəymiş zərərin əvəzi kimi konkret olaraq “Liman Klinikası”ndan və cərrah Əfqan Ağagülovdan 40 min manat maddi, 10 min manat mənəvi təzminat tələb edib.

Cavabdehlər isə təzminat tələbi ilə razılaşmayıb. Əfqan Adıgözəlovun sözlərinə görə, iddiaçı əməliyyatdan sonra düzgün müalicə olunmayıb, dərmanları qəbul etməyib. Bu səbəbdən də sonradan gözündə qüsur ortaya çıxıb.

Sumqayıt Şəhər Məhkəməsi yekunda iddia ərizəsini qismən təmin edib. Qərara əsasən, “Liman Qrup” MMC iddaçıya maddi zərərə görə 28 574 manat, mənəvi zərərə görə isə 3 000 manat ödəməlidir. Həkim Əfqan Ağagülova qarşı iddia isə təmin edilməyib. Məhkəmə qeyd edib ki, həkim klinikanın işçisi olduğundan vurulmuş zərərə görə məsuliyyəti işəgötürən daşıyır.

Bu qərar apellyasiya və ali instansiya məhkəmələrində təsdiqlənib.

Qeyd edək ki, sözügedən şikayətlə bağlı “Qafqazinfo”ya zərərçəkənin qızı Ramilə Məmmədova 2 il əvvəl müraciət etmişdi. 54 yaşlı anasının II qrup əlil olduğunu vurğulayan övladı onun 35 ildən çox bağça müəllimi kimi fəaliyyət göstərdiyini qeyd etmişdi. Şikayətçi əməliyyatdan sonra yaranan problemlə bağlı həkimə müraciət etdiklərində onlara “gözləyin, düzələcək” cavabının verildiyini əlavə etmişdi.

Sail Ağasəlim


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 İyul 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri