Icma.az
close
up
RU
Bu klinikalarda ödənişsiz müayinə ola bilərsiniz

Bu klinikalarda ödənişsiz müayinə ola bilərsiniz

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2016-cı ildə pilot layihə kimi başlayan və artıq bir neçə ildir ki, ölkəmizdə tətbiq edilən İcbari Tibbi Sığorta sistemi, Azərbaycan səhiyyəsinin maliyyələşmə modelini köklü şəkildə dəyişdirib. Bu sistemin əsas məqsədi vətəndaşlara bərabər və əlçatan tibbi xidmət imkanı yaratmaqdır.

Metbuat.az Kredit.az-a istinadən xəbər verir ki, hazırda icbari tibbi sığorta hesabına tibbi xidmətlər ilk növbədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində, eləcə də Səhiyyə Nazirliyinin tabeliyində olan müvafiq elmi-tədqiqat institutları və mərkəzlərində göstərilir.

İcbari Tibbi Sığorta sisteminin əhatə dairəsi yalnız dövlət müəssisələri ilə məhdudlaşmır. Əgər vətəndaşa lazım olan tibbi xidmətin dövlət müəssisələrində göstərilməsi mümkün olmazsa, Agentlik xidmətə çıxışı təmin etmək üçün özəl sektoru cəlb edir.

Vətəndaş məhz bu halda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı 200-dən artıq özəl tibb müəssisəsində xidmətdən istifadə etmək üçün göndəriş vərəqəsi ilə təmin olunur. Göndəriş vərəqəsi əsasında müqaviləli özəl müəssisəyə müraciət edən vətəndaş Xidmətlər Zərfi çərçivəsindəki tibbi xidmətlərdən tamamilə ödənişsiz yararlanır. Vətəndaşlar unutmamalıdırlar ki, bu göndərişin etibarlılıq müddəti 10 iş günüdür. Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin tam siyahısı və əlaqə məlumatları ilə isə https://its.gov.az/ ünvanına daxil olaraq “Tibb müəssisələrinin axtarışı” bölməsində tanış olmaq mümkündür.

Mütləq yadda saxlanılmalıdır ki, vətəndaşın icbari tibbi sığorta hesabına özəl xəstəxanada ödənişsiz xidmət alması üçün göndəriş vərəqəsi əldə etməsi şərtdir. Əks halda, yəni göndəriş vərəqəsi olmadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edildiyi təqdirdə, tibbi xidmətin dəyəri tam həcmdə vətəndaşın öz vəsaiti hesabına ödənilməlidir. Sistemin tətbiqində iki əsas halda göndəriş tələb olunmur ki, bu da vətəndaşlara sürətli tibbi yardım almağa imkan verir: Stasionar terapevtik və cərrahi müalicə üçün Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Tədris-Cərrahiyyə Klinikalarına və Bakı Sağlamlıq Mərkəzinə də göndərişsiz müraciət etmək mümkündür.

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentliyin) müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) sayı 165-dən 192-yə qədər artırılıb.

Qeyd edək ki, vətəndaş göndəriş vərəqəsi olmadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

Həmin siyahını bu linkdən görə bilərsiniz. https://its.gov.az/page/tibb-muessiselerinin-axtarisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 04 Dekabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri