Icma.az
close
up
RU
Bu klub bu tur ilk dəfə superliqa ilə vidalaşa bilər

Bu klub bu tur ilk dəfə superliqa ilə vidalaşa bilər

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Türkiyə çempionatında 33-cü tura bu gün İstanbulda start veriləcək.
''Football-plus.az'' xəbər verir ki, ''Beşiktaş'' ''Hatayspor''u qəbul edəcək. İstanbul nəhəngi autsayder ilə oyunda superliqadakı 3 matçlıq qələbə seriyasına son qoymağa çalışacaq. ''Hatayspor''un durumu çox acınacaqlıdı. Son 4 turun hamısında məğlub olan və 18-ci pillədə qərarlaşan komandanı sona 6 tur qalmış xilasedici 15-ci pillədən 15 xal ayırır.
Aydın məsələdi ki, elitada qalmaq üçün möcüzəyə ehtiyac duyulacaq. Ancaq Hatay klubunun artıq bu həftə ''kitabı bağlana bilər''. Komanda bu turu da xalsız tamamlayacağı təqdirdə artıq riyazi cəhətdən də elitada qalmaq şansını itirəcək və ''Adana Dəmirspor''un ardından superliqa ilə vidalaşan ikinci klub olacaq. ''Hatayspor''un elita ilə vidalaşması mövzusu ətrafında daha bir maraqlı məqam var. Məsələ burasındadı ki, hataylılar turnirin tarixində elita ilə vidalaşmayan 7 kollektivdən biridi! Bu statusda olan digər klublar ''Qalatasaray'', ''Fənərbaxça'', ''Beşiktaş'', ''Trabzonspor'', ''Alanyaspor'' və ''Qaziantep''di. 2020/21-də ilk dəfə elitaya yüksələn və ən yuxarı divizionda 5-ci mövsümünü keçirən ''Hatayspor''un superliqa macərası beləcə başa çatmış olacaq. Maraqlıdı ki, 7 klubdan daha biri - ''Alanyaspor'' da bu mövsüm düşmə təhlükəsi yaşayır. Ancaq bu il ''Hatayspor'' ilə ''Alanyaspor'' ''aşağı düşsə'' belə, elita ilə heç vaxt vidalaşmayan klubların sayı elə olduğu kimi də qala bilər.
Bunun üçün bu mövsüm tarixində ilk dəfə elitada oynayan ''Eyüpspor'' ilə ''Bodrum'' superliqada yerini qorumalıdı. ''Eyüpspor'' zatən avrokuboklara vəsiqə uğrunda mübarizə aparır və bu mövsüm aşağı liqaya yuvarlanmayacağı dəqiqdi. Son turda ''Qalatasaray''a uduzmaqla düşmə zonasına geriləyən ''Bodrum''un isə taleyi öz əlindədi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Aprel 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri