Bu klubun rəhbəri beynəlxalq axtarışa VERİLDİ
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Rusiyanın “Ximki” futbol klubunun rəhbəri Həsən Djiyev beynəlxalq axtarışa verilib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğuna istinadən RİA Novosti məlumat yayıb.
İstintaqın versiyasına görə, Djiyev vasitəçi şəxs vasitəsilə “Alaniya” ilə Birinci Liqa matçının baş hakiminə 2 milyon rubl (təxminən 25 min dollar) verib.
“Alaniya” ilə “Ximki” arasında qarşılaşma 2023-cü ildə Birinci Liqa çərçivəsində keçirilib. Görüş “Ximki”nin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Matçı Andrey Fisenkonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
38 yaşlı Fisenko Birinci Liqada və Rusiya Kubokunda 100-ə yaxın oyunda hakimlik edib. O, Rusiya Premyer Liqasında baş hakim kimi təyinat almayıb, yalnız VAR, AVAR və ehtiyat hakim funksiyalarını yerinə yetirib.
Hakim Fisenko və vasitəçi şəxsin 2026-cı ilin martında saxlanıldığı barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
“Ximki” klubunun saytında yer alan məlumata görə, Djiyev 2022-ci ildə kluba keçməzdən əvvəl, o cümlədən “Alaniya”da komanda rəhbəri vəzifəsində çalışıb.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 24 Sentyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















