Icma.az
close
up
RU
“Bu komandanın etdiyi hərc mərcliyi keçmişdə görməmişəm” MİRVARİ QƏHRƏMANLI

“Bu komandanın etdiyi hərc mərcliyi keçmişdə görməmişəm” MİRVARİ QƏHRƏMANLI

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

“SOCAR-da 60 yaşından yuxarı insanlara işdən çıxmaq üçün məcburi sürətdə ərizə yazdırırlar”

“İndi SOCAR-ın “unikal sağlamlaşdırma” şüarı budur: “ya özün get, ya da imtahan!”

Son günlər mətbuatda və sosial şəbəkələrdə SOCAR rəhbərliyi tərəfindən işçilərə qarşı haqsızlıq edildiyi ilə bağlı informasiyalar verilir. Məsələn, 60 yaşı tamam olan əməkdaşlarınqanunsuz olaraq,kütləvi şəkildə işdən azad edildiyi haqda informasiyalar mövcuddur. Hansı ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlıda özünün “Facebook” hesabında açıqlama yayıb. Mirvari xanımın iddiasına görə,dövlət şirkətində 60 yaşına çatan əməkdaşlar işdən azad olunur ki, onların pensiya yaşınadək necə yaşayacağı SOCAR rəhbərliyində kimsəni düşündürmür. Rəhbərliyin bu qərarını hərc-mərclik kimi təqdim edən M.Qəhrəmanlı “görəsən bu adam hansı pulla yaşayacaq” deyə onlara sual ünvanlayır. Bu və ya digər mövzu ətrafında elə Miravari Qəhrəmanlı ilə söhbətləşdik.

- Mirvari xanım, son günlər istər mətbuatda, istərdə sosial şəbəkələrdə SOCAR-da baş verən proseslərlə bağlı ziddiyyətli fikirlər dolaşır. İlk öncə yanvar ayından işçilərin maaşının 30 faiz artırılacağı ilə bağlı yayılan sənəd haqda fikrinizi bilmək istərdik...

- Bilirsiniz ki, SOCAR-da ixtisarlar, işdən çıxartmalar prosesinə başlanılıb. Burada qadının ağlaması bir başqa, kişinin ağlama səsini eşidəndə insanın ürəyinə toxunur. Yazığım gəlir, haqsızlığı götürə bilmirəm.

Həmin sənəddən iki gün qabaq başqa 2 sənədi də profilimdə paylaşmışdım. Hansı ki, həmin sənədi mənə təşkilatın üzvləri vermişdilər. Tofiq Heydərovun SOCAR-ın vitse-prezidenti Ziba Mustafayevaya ünvanladığı məktubda hər şey açıq-aşıkar görünürdü. Orada yazmışdılar ki, işçiləri necə ixtisar ediblər və sair.

Həmin məktubu yaymağım böyük ajiotaj yaratmışdı. Bu, təzə komandanın bir növ istiqaməti çevirmək siyasəti idi. Özüm rəhbər vəzifələrdə olduğum üçün, məktubu görən kimi birinci yuxarıdakı tarixlərə baxdım. Deməli, hansısa məktubun üzərində işləyiblər, illəri düz yazmayıblar. Guya, əmr, qərar idi. Əmrdə imza tarixi 2025-ci il göstərilsə də, sənədin nömrələnmə hissəsində 2023 rəqəmi yer alırdı.

Qanunla şirkətdə aparılan kütləvi ixtisarlar, işdən qeyri-qanuni çıxarmalar onsuz da Həmkarlar Təşkilatı ilə razılaşdırılır. O cümlədən, əmək haqlarını artıranda da göstərilir ki, Həmkarlar Təşkilatı ilə bir yerdə qərar qəbul edirlər. Yəni bu əmr, qərar olmalıdır, altından da Dövlət Neft Şirkətinin prezidenti, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar Təşkilatı qol çəkməlidir. Kağızın formatı da düz deyildi. Bizim mütəxəssislər də baxdılar ki, sənəd saxtadır.

Təəscüblüdür ki, məktub əsasən “Azneft”-in siravi işçilərinin arasında yayılmışdı. Ancaq öz ətraflarının əmək haqlarını 30 faiz artırmışdılar, işçilərin əmək haqlarında artım qeydə alınmamışdır. Maaş artımı ancaq çoxlu sayda müşavirlər, onların müavinləri, müavinlərin müavinləri və s. təbəqə arasında olub. Ümumiyyətlə, 5 ilə çatır ki, SOCAR-da işçilərin əmək haqlarında artım müşahidə olunmamışdır. Bir sözlə, verilən məktubu mən saxta hesab edirəm. Bunu işçilər arasında özləri yayıblar.

- Siz də sosial şəbəkə hesabınızda SOCAR-da hərc-mərclik olduğunu qeyd etmisiniz. Nəyə əsasən bu qərara gəlmisiniz?

- İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışlarının birində (amma hansı nazir qismində çıxış etdiyini bilmirəm, çünki onun vəzifəsi çoxdur, həm də SOCAR Müşahidə Şurasının sədridir) bildirdi ki, SOCAR-da hərc-mərclik var idi. Mən sosial şəbəkədə izah etdim ki, hərc-mərclik bilirsiz nədir: qeyri-peşəkarların vəzifəyə gətirilməsi, qeyri-qanuni ixtisarların aparılması, 50 yaşından yuxarı insanlara psixoloji təzyiq edilməsi, 60 yaşından yuxarı insanlara məcburi sürətdə ərizə yazdıraraq, sonradan qeyd etmək ki, guya, “özləri işdən çıxıblar” və s. Yəni sübut etsinlər ki, işçilər özləri gedib, ixtisar aparılmayıb.

Hərc-mərjlik “Azəriqaz”da 80 dən çox xadimənin işdən çıxarılmasıdır. Hərc-mərcliyi o, nədə tutmuşdu ki?! Daima Dövlət Neft Şirkətinin apardığı siyasətlə razılaşmadığımızı qeyd etmişəm. Ona görə ki, 28 il orada mühəndis işləmişəm, Baş idarə rəisinin müavini vəzifəsinə kimi qalxmışam. Çox sahəyə bələdəm. Peşə üzrə mütəxəssisəm, mühəndis-mexanikəm, “Neft-mexanika”nı bitirmişəm. Amma, keçmiş neftçilər də deyir ki, gələn komandanın üzvəri “kaçalka” (buruq) görməyənlərdir. Hərc-mərclik sahə üzrə bələdçiliyi olmayan şəxs işə gələn kimi “peşəkar kadr” kimi maaşından əlavə yüz faiz ödəniş etməkdir.

Dövlət Neft Şirkətində də Əmək qanunvericiliyinin pozulması faktları olub. O tarixlərə axtarış verilsə, açıq-aydın görünər.

Mən həmişə çıxışlarımda maarifləndirmə də aparmışam. Bu gün də internet televiziyalarında verilişlər təşkil etmişik. Ammabu komandanın etdiyi hərc-mərcliyi keçmiş komandada görməmişəm. O komandada da korrupsiya var idi. Amma orada peşəkarlar da var idi, hər işi peşəkarcasına edirdilər. Bunlar isə müşavir artırmaqla məşğul olurlar. Bir insanın nə qədər müavini, müavinin müavini, köməkçisi, katibəsi olar...

İki gün olar bir kağız da almışam, hələ onu yaymamışam. Üzərində işləyirəm. Orda yazılıb ki, 33 müşavir var. Misal üçün, Rövşən Nəcəflinin nə qədər müşavirləri var?! Mən onları “şparqalka” adlandırıram. Niyə? Sən gələndən hasilat aşağı düşdü, bağlanmış quyular açılmadı. Çünki neft sahəsi üzrə peşəkarlar uzaqlaşdırıldı. Hasilat aşağı düşdü və günahkarlar cəzasız qaldı. Əksinə, o qədər insan işdən azad olunub, özü də məcburi şəkildə.

Onu da qeyd edim ki, “DOST” xidmətindən göndərilən bütün əməkdaşların işlərinə son veriblər. Adını da qoyurlar ki, müqavilənin vaxtı bitib. Anlamırlar ki, işdən çıxardıqları insanlar kasıb təbəqədir, onların övladları Mikayıl Cabbarov, Rövşən Nəcəfli kimi vəzifələrdə deyil. 60 yaşı bitmiş adamı məcbur edib ərizə yazdırırlar. Bu da hiyləgərliyin bir növüdür. Bir işçi ilə danışıram, deyirəm ki, axı, sən peşəkarsan, sən niyə ərizə yazırsan?!.. Cavab verir ki, imtahanla hədələyirlər.

Ən birinci onu deyim ki, bu imtahanlar qeyri-qanunidir. İdarə və müəssisələrdə attestasiya aparılmalıdır. Təsəvvür edin, ömrünü bu sahədə çürütmüş, sahəyə bələd adamı otağa çağırıb deyirlər ki, yaz, yoxsa imtahanda kəsiləcəksən. Belə hədə-qorxu gəlirlər. Məqsəd ondan ibarətdir ki, adam özü ərizə yazsın, işsizlikdən əziyyət şəkən şəxs kimi tanınmasın. İxtisara düşən adamları da imtahan hədə-qorxusu ilə ərizə yazdırıb, işdən çıxarırlar. Yəni kənardan göstərirlər ki, biz məcbur etməmişik, özləri çıxıb. Amma bu adamlar təqaüd yaşına çatmadığı üçün övlada möhtac qalır.

Hələ bu minvalla təqaüd yaşını artırmaq istəyirlər. Vicdan olmalıdır ki, yaşlı insanları, peşəkar insanları aşağılayıb deyəsən ki, ərizə yaz çıx get, yoxsa imtahandan kəsiləcəksən. İmtahan qorxusundan insanlar bu haqsızlığa imza atırlar.

- Sizcə, SOCAR-dakı ixtisarlar işsizliyin artmasına nə dərəcədə təsir göstərəcək?

- Ölkədə işsizlik çoxdur, amma ölkə başçısına bunun 5 faiz olduğunu deyirlər. 50-60 yaşına çatmış işçilərə psixoloji təsir edirlər. Onlara imtahan hədə-qorxusu gəlməklə stress keçirmələrinə səbəb olurlar. Bunun onların sağlamlığına ciddi təsir etdiyini bilirlərmi? Yaxud bunun məsulliyyətini dərk edirlərmi? Xeyr, etmirlər. İndi SOCAR-ın “unikal sağlamlaşdırma” şüarı budur: “ya özün get, ya da imtahan!”.

- Bəs, bu qanunsuzluğa etiraz edənlər olmur?

(Ardı var)

Söhbətləşdi: Jalə FAMİLQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Noyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri