Bu konsert üçün 82 musiqiçimiz İstanbula dəvət olundu!
Icma.az, Olay.az portalına istinadən məlumat verir.
Bu konsert üçün 82 musiqiçimiz İstanbula dəvət olundu!
Ötən gün İstanbulda “Saygı1” layihəsi çərçivəsində məşhur türk qrupu “Mor ve ötesi”nin konserti baş tutub.
OLAY yazır ki, konsertə Azərbaycandan xüsusi olaraq Qara Qarayev adına Kamera Orkestri və Dövlət Xor Kapellası dəvət olunub.
82 nəfər azərbaycanlı musiqiçidən ibarət olan böyük komanda gecədə 4 mahnı ifa edib və qrupla birgə konserti bağlayıb. Onlarla birgə səhnəyə məşhur reper Ceza da çıxıb.
“Mor ve ötesi”nin Bakıdakı simfonik konsertindən sonra musiqiçilərimizlə əməkdaşlıq həm təşkilatçıların, həm də heyətin xoşuna gəldiyi üçün “Saygı1”də də onları görmək istəyiblər.
Bunun üçün Bakıdan İstanbula uçan musiqiçilərin bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanıb.
“İticket Türkiye”nin məlumatına görə, gecəyə 10 min bilet satılıb.
Bundan başqa, gecədə Edis, Aleyna Tilki, Simge Sağın və Sıla kimi məşhurlar səhnə alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 28 Fevral 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















