Icma.az
close
up
RU
Bu kreditlər şəxs vəfat etdikdən sonra silinir? RƏSMİ

Bu kreditlər şəxs vəfat etdikdən sonra silinir? RƏSMİ

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Vətəndaşlar üçün aktual olan mövzulardan biri banklardakı depozitlərdir.

Qeyd edək ki, 2025-ci ilin sentyabrın 1-nə  Azərbaycanda bankların cəmi depozit portfeli (maliyyə institutları istisna olmaqla) 36 milyard 517,8 milyon manat təşkil edib.

Ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 513,9 milyon manat, yəni 4,3 % artıb. Lakin ötən ilin sonuna nəzərən 1 milyard 178,8 milyon manat, yəni 3,1 %, aylıq müqayisədə isə 133,1 milyon manat, yəni 0,4 % azalıb. Portfelin tərkibində xarici valyutada olan depozitlərin həcmi 14 milyard 670,8 milyon manat olub. 

Vətəndaşlar üçün maraq doğuran amillərdən biri də odur ki, banklardakı hansı əmanətlər sığorta olunur? 

Məsələ ilə bağlı Mərkəzi Bankdan “Cebheinfo.az”-a bildirilib ki, “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən, sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanət, qorunan əmanət hesab olunur:

“Qorunan əmanətçilərin dairəsi qanunda müəyyən edilib. Sığortalanmış əmanət qorunan əmanətçinin qorunan əmanətinin ƏSF tərəfindən kompensasiya ödənilən hissəsidir. Qanunvericiliklə fiziki şəxslərin milli valyutada 12 %-dək, xarici valyutada 2.5 %-dək olan faiz dərəcəsi ilə banklarda yerləşdirilimiş əmanətlər qorunan əmanətlərə aid edilib.

Bundan əlavə, qanunvericilik fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 min manata qədər olan pul vəsaitlərinin, eləcə də notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitlərinin, əmanətlərin sığortalanması sistemi çərçivəsində tam həcmdə kompensasiyasını nəzərdə tutur”.

Lombard kreditləri, depozit əmanətləri, bank saxlanclarındakı əmanətlər və yaxud qiymətli əşyalar sığorta olunurmu? sualına cavab olaraq isə bildirilib ki, banklarda depozit seyflərində olan saxlancların sığortalanması “Əmanətlərin sığortalanması haqqında” Qanunun predmetinə daxil deyil.

Qeyd edək ki, "Turan Bank" ASC, “Bank VTB” (Azərbaycan) ASC, Bank “BTB" ASC, "Bank Respublika" ASC və digər banklarda lombard krediti var. Bir "Kapital Bank" ASC, bir də “ABB” ASC-dən başqa hamısında var. Hansı halda vəfat edən şəxsin nağd bank borcları, lombard kreditləri silinir?

Bununla bağlı bildirilib ki, Mərkəzi Bankın 22 iyul 2022-ci il tarixli 29/1-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”na əsasən borcalan tərəfindən gecikdirilmiş və ümidsiz aktiv kimi təsnifləşdirilmiş borc öhdəliyi həmin aktiv üzrə yaradılmış ehtiyat məbləğində balansdan silinir və müvafiq balansdankənar hesablarda (subhesablarda) uçota alınır və ən azı 5 (beş) il ərzində bu hesablarda uçotu aparılır:

“Müvafiq borc öhdəliyi tam icra edildikdə, banka daxil olan vəsait müvafiq xərc hesabının azaldılmasına yönəldilir, xərc hesabında qalıq olmadıqda isə gəlirlərə aid edilir. Lakin, qeyd edilən tənzimləmə bankın prudensial hesabatlığına xidmət edir və bu borcalanın bank qarşısında öhdəliklərinin icrasına dair tələblə əlaqəli deyil (tələb qalır).

Bank tərəfindən borcalanın, o cümlədən vəfat etmiş borcalanın kredit öhdəliklərinə güzəşt edilib-edilməsi isə bankın cari fəaliyyəti zamanı qəbul etdiyi daxili qərarıdır”.

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri