Bu küçədə 1 nəfərin hərəkəti üçün səki var, onun da ortasına işıq dirəkləri quraşdırılıb VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın nəqliyyat infrastrukturu ilə əlaqədar bir sıra yeniliklərin planlaşdırılması ilə bağlı günlərdir xəbər dərc edirik. Şəhərin mərkəz və mərkəzə yaxın ərazilərində piyadaların hərəkətini asanlaşdırmaqla bağlı ölkə başçısının ötən ay imzaladığı sərəncamda bir sıra tapşırıqlar yer alıb.
Avtosfer.az xəbər verir ki, Bakının Səbail rayonundakı bəzi küçələrə də sərəncam daxilində dəyişikliklərin edilməsi bu ərazidə vətəndaşların təhlükəsiz hərəkətinə kömək edəcək.
Belə küçələrdən biri də “Dağüstü park”dan Bayıl qəsəbəsinə doğru irəliləyən Saraykin küçəsidir. Belə ki, küçədə təşkil edilən səki, daha doğrusu, asfaltdan azacıq hündür cığırdakı vəziyyət vətəndaşlar tərəfindən sosial şəbəkələrdə yayılbı və müzakirələrə səbəb olub.
Nəinki 2, heç 1 nəfərin belə rahat hərəkəti mümkün olmayan səkinin üstünə hələ üstəlik işıq dirəklərini hansı qurum, hansı idea çərçivəsində yerləşdirib, bilinmir. Bilinən odur ki, səki əvəzinə yüngül cığır açıb, onun da ortasına həftənin müəyyən günlərində elektrik enerjisi verilən işıq dirəkləri qoyulub ki, piyadalar dirəklə qarşılaşdıqda hasarın üstünə çıxıb irəliləsin.
Ərazidə 203 nömrəli orta məktəbin, eləcə də uşaq bağçalarının olduğunu nəzərə alsaq, yaranan vəziyyət həm məktəblilərin, həm də yaşlıların, azyaşlıların və uşaqlı qadınların həyatını təhlükə altına atır.
Sakinlər aidiyyəti qurumlardan ərazidəki şəraiti düzəltməyi xahiş edir.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 Fevral 2025 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















