Bu küçələr bağlanır KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə bir sıra küçələrdə təmir işlərinə başlanılır.
KONKRET.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, iyulun 16-dan etibarən aşağıdakı küçələrdə təmir işlərinin aparılması nəzərdə tutulur:
Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi;
Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi;
Nizami rayonu, Əliağa Kürçaylı küçəsi.
Bundan əlavə, iyulun 17-dən etibarən isə aşağıdakı ərazilərdə təmir işlərinə başlanılacaq:
Nizami rayonu, C. Naxçıvanski küçəsi (8-ci kilometr bazarının sağ və sol tərəfi);
Yasamal rayonu, Ayna Sultanova küçəsi.
Təmir işləri aparılan müddətdə qeyd olunan yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti işlərin gedişatına uyğun olaraq qismən və ya tam məhdudlaşdırıla bilər. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, marşrutlarını əvvəlcədən planlaşdırmaları və mümkün olduğu hallarda alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 17 İyul 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















