Icma.az
close
up
RU
“Bu layihə mühüm iqtisadi faydalar vəd edir”

“Bu layihə mühüm iqtisadi faydalar vəd edir”

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanın ortaq tarixi keçmişə malik olduğu, hazırda da böyük və ambisiyalı iki qonşusu olan Rusiya və İran arasındakı münasibətləri hər zaman dostluq və qonşuluq çərçivəsində saxlamağa nail olub. Azərbaycan balanslaşdırılmış siyasət yeridən, bütün dünya ölkələri ilə normal münasibət saxlamağa çalışan dövlət olsa da bir sıra hallarda bu iki böyük qonşu arasındakı münasibətlər geosiyasi baxımdan onların ortasında olan Azərbaycana müəyyən şəkildə təsir edir. Bu gün Azərbaycan, Rusiya və İran arasında baş tutan danışıqlarda əsas müzakirə predmeti böyük ehtimalla Şimal-Cənub nəqliyyat dəhlizi oldu. Dəhlizin nə zaman tam açılacağı ilə bağlı yekun məsələlərin müzakirəsi aparılıb. Bu, uzunmüddətli prosesdir. Lakin əgər görülən işlər yaxın müddətdə yekunlaşarsa, dəhlizin açılması ehtimalı da yüksəkdir”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.

Deputat vurğulayıb ki, bu layihənin həm Rusiya, həm İran, həm də Azərbaycan üçün mühüm iqtisadi faydalar vəd etdiyi də bəllidir: “Hazırda üç ölkə arasında münasibətlər iqtisadi-ticari əməkdaşlığın bərabərhüquqluluq və qarşılıqlı fayda prinsipləri əsasında inkişaf edir. Görüşdə Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin 2016-cı il 8 avqust tarixli Bəyannaməsinin və 2017-ci il 1 noyabr tarixli Birgə Bəyanatının iqtisadi əməkdaşlıq, təhlükəsiz və etibarlı regional və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və energetika sahəsində layihələrin həyata keçirilməsi baxımından müstəsna rolu vurğulanıb”.

M.Cəfərov onu da qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə müəyyən işlər həm Azərbaycan, həm Rusiya, həm də İran tərəfindən görülüb: “Artıq yükdaşımalara başlanılıb. İran tərəfdə əsas problem dəmir yolu şəbəkəsinin zəif olması idi. Hazırda onun yenidən qurulması istiqamətində addımlar atılması da nəzərdə tutulur və bu məsələ həm Rusiya, həm də İran üçün vacibdir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Oktyabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri