Bu liseyin müəllimi vəfat ETDİ
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
132-134 saylı liseyin ibtidai sinif müəllimi Yelena Mehdiyeva vəfat edib.
Redaktor.az xəbər verir ki, bu haqda liseyin “Instagram” səhifəsində paylaşım edilib.
“Məktəbimizin dəyərli ibtidai sinif müəllimi Yelena Azad qızı Mehdiyevanın vəfatı ilə bağlı dərin kədər hissi keçiririk.
Yelena xanım uzun illər ərzində öz peşəsinə böyük sevgi ilə yanaşmış, yüzlərlə şagirdin həyatında silinməz iz qoymuş, onların ilk müəllimi olaraq yaddaşlarda qalmışdır. Onun zəhməti, qayğıkeşliyi və insanpərvərliyi hər zaman hörmət və ehtiramla xatırlanacaqdır.
Məktəb rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Allah rəhmət etsin”, - deyə paylaşımda qeyd olunub.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 21 Mart 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















