Icma.az
close
up
RU
Bu mağara itmiş bir dünyanı ortaya çıxardı

Bu mağara itmiş bir dünyanı ortaya çıxardı

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni Zellandiyanın Şimal Adasında dik bir yamacın içində gizlənmiş olan Moa Yumurta Qabığı Mağarası (Moa Eggshell Cave), elm dünyasına qapılarını açıb. Mağara adətən bir zaman maşını kimi fəaliyyət göstərir.

Qaynarinfo xəbər verir ki, Vaitomo bölgəsi parlayan tırtılların işıqlandırdığı möhtəşəm mağaraları ilə tanınsa da, bu xüsusi mağara daha dərin bir sirri saxlayır.

Araşdırıcılar Homo sapiens hələ dünyaya gəlmədən əvvəl yaşamış canlılara aid qalıqları gün üzünə çıxararaq, Yeni Zellandiyanın unudulmuş bir dövrünə aid ekoloji bir "xatirə kartı” tapıb. Mağara ilk dəfə 1960-cı illərdə kəşf edilsə də və bəzi fosillər toplanmış olsa da, son araşdırmalar ayaberqin yalnız görünən hissəsinə toxunulduğunu göstərir.

Mağaranın dərinliklərində aparılan qazıntılarda 12 fərqli qədim quş və 4 qurbağa növünə aid fosillər aşkarlanıb. Bu tapıntılar arasında ən diqqət çəkəni, indiki Kakapo quşunun qədim əcdadı olan "Strigops insulaborealis” adlı yeni bir papağan növü ola bilər. Hazırda yaşayan Kakapolar uça bilməyən və yer üzündə yaşayan quşlar kimi tanınır, lakin fosil qeydləri bu qədim əcdadın zəif ayaq quruluşu səbəbindən göydə süzə bilmiş ola biləcəyinə işarə edir.

Eyni zamanda tədqiqat qrupu, Yeni Zellandiyanın simvolik quşlarından biri olan Takahünin nəsli kəsilmiş bir əcdadını və Avstraliyadakı bronz qanadlı göyərçinlərlə yaxın qohum olan qədim bir göyərçin növünü də üzə çıxarıb.

Milyon illik fəlakətlərin izində

Fosillərin yaşını müəyyənləşdirmək üçün mağaranın qatları arasına sıxışmış vulkan külü təbəqələrindən istifadə edilib. Analizlər göstəri. ki, bu heyvanlar 1,55 milyon ilə 1 milyon il əvvəl baş vermiş iki böyük partlayış arasında qısa bir dövrdə yaşayıblar. Bu tapıntı adanın təbii tarixində böyük bir boşluğu doldurur.

Muzey kuratoru Dr. Paul Şkofieldin sözlərinə görə, bu kəşf Yeni Zellandiya tarixinin yalnız əskik bir səhifəsi deyil, tamamilə itmiş bir cilddir. Mağarada aşkar edilmiş növ müxtəlifliyi, bölgənin son 1 milyon il ərzində necə böyük bioloji itkilərə məruz qaldığını da göstərir.

Ümumiyyətlə, Yeni Zellandiyadakı quş növlərinin yox olması təxminən 750 il əvvəl adaya gəlmiş insanlarla əlaqələndirilir. Lakin bu araşdırma sübut edi  ki, insanların gəlişindən çox əvvəl, növlərin 33–50%-i nəhəng vulkan partlayışları və sərt iqlim dəyişiklikləri səbəbindən məhv olub. Beləliklə, təbiətin dağıdıcı qüvvələri, adadakı həyatın kimliyini milyonlarla il əvvəl formalaşdırmağa başlayıb. Ekosistemlərin dəfələrlə sarsılması və yenidən qurulması, Yeni Zellandiyanın vəhşi həyatının niyə bu qədər "qəribə” və unikal olduğunu izah edir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Fevral 2026 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri