Bu marka rekord qırdı: Çin avtomobil ixracatında ZİRVƏDƏ!
Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.
Çinli avtomobil nəhəngi Chery, 2025-ci ilin ilk yarısında 1 milyon 260 min 124 avtomobil sataraq bütün zamanların ən yüksək 6 aylıq satış göstəricisinə imza atıb. Yalnızca 5 ayda 1 milyon avtomobil satış həddini keçən şirkət, illik 14,5% artımla liderliyini möhkəmləndirib.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Yalnız iyun ayında 233 min 607 avtomobil satışı reallaşdıran Chery, ötən ilə nisbətən satışlarını 16,6% artırıb. 550 mindən çox avtomobil ixrac edən marka, Çin’in ən böyük avtomobil ixracatçısı mövqeyini qoruyur.
Hibrit texnologiyasında ciddi irəliləyiş göstərən şirkət, yeni nəsil Chery Super Hybrid (CSH) texnologiyası ilə satışlarını ikiqat artıraraq yeni enerji bazarında da liderliyə yüksəlib. Şirkətin qlobal istifadəçi sayı 17 milyona yaxınlaşıb.
Xeyrənsə Piriyeva
Baxış sayı:97
Bu xəbər 15 İyul 2025 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















