Bu marşrut xətti üzrə də “Faiqoğlu” xidmət göstərəcək
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 206 saylı müntəzəm marşrut xətti üzrə keçirdiyi müsabiqənin nəticəsinə əsasən “Xaliq Faiqoğlu” MMC xidmətə başlayır.
“Qafqazinfo” AYNA-ya istinadən xəbər verir ki, fevralın 12-dən xətt üzrə avtobusların daha müasir nəqliyyat vasitələri ilə əvəzlənəcək.
Bu avtobuslar daha komfortlu olmaqla yanaşı bir sıra texnologiyalarla təchiz edilib. İsitm-soyutma sistminə, fiziki məhdudiyyətlilər üçün xüsusi yerə və pandusa malikdir.
Metronun “Elmlər Akademiyası” stansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli marşrut üzrə 10 müasir avtobus 12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.
Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 10 Fevral 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















