Bu marşrutdan istifadə edənlərin nəzərinə FOTO
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Binəqədi qəsəbəsi, Gənclər şəhərciyi və "Qarant" yaşayış kompleksini "Memar Əcəmi", "20 Yanvar", "İnşaatçılar" metrostansiyaları və A.M.Şərifzadə küçəsi ilə əlaqələndirən 165 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, 16 yanvar tarixindən sərnişinlərin xidmətinə veriləcək 20 ədəd yeni "King Long" markalı ortatutumlu avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.
Milli.Az
Baxış sayı:104
Bu xəbər 15 Yanvar 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















