Icma.az
close
up
RU
Bu marşrutlar müsabiqəyə çıxarılır

Bu marşrutlar müsabiqəyə çıxarılır

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycanda müxtəlif istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, 161, 162, 185, 198 nömrəli şəhərətrafı, 333 nömrəli qəsəbədaxili və 551 nömrəli şəhərətrafı, eləcə də Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı-Şəki, Bakı–Göyçay, Bakı-Ağcabədi, Bakı-Astara, Bakı-Horadiz, Lənkəran-Astara, Astara-Lənkəran, Mingəçevir–Yevlax və Yevlax-Mİngəçevir şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Sənədlər 15 aprel 2026-cı il saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı-Şəki, Bakı-Göyçay, Bakı-Ağcabədi və Bakı-Astara istiqamətlərində 7 lot üzrə mayın 5-də, Bakı-Horadiz, Lənkəran-Astara, Astara-Lənkəran, Mingəçevir–Yevlax və Yevlax-Mİngəçevir istiqamətlərində 5 lot üzrə mayın 8-də, 161 nömrəli (Əmircan qəsəbəsi - Hövsan qəsəbəsi), 162 nömrəli (Ramana Yeni yaşayış kompleksi - "Koroğlu" NMM), 185 nömrəli (Kürdəxanı qəsəbəsi - Qara Qarayev prospekti), 198 nömrəli ("Koroğlu" NMM - Zabrat qəsəbəsi) şəhərətrafı, 333 nömrəli (Binə qəsəbəsi (Yeni yaşayış massivi) - (Sovxoz yaşayış massivi)) qəsəbədaxili və 551 nömrəli (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – "Atyalı" yaşayış massivi) şəhərətrafı avtobus marşrutları üzrə 6 lotda mayın 12-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Mart 2026 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see301

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see296

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see248

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see243

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see240

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see238

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see234

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see233

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see226

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see224

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see219

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see214

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see210

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see205

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see201

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see198

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see195

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see192

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see186

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri