Bu marşrutların dayanacaq yeri dəyişdirildi
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.
Axşam.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.
Müntəzəm marşrutların, eləcə də M5 və M6 nömrəli ekspres avtobusların dayanacaq yeri müvəqqəti olaraq "Gənclik Mall"un qarşısındakı dayanacaqdan təşkil edilib.
Baxış sayı:112
Bu xəbər 27 Avqust 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















