Bu matç əhval ruhiyyəmizi sarsıda bilərdi Rumıniya klubu Qarabağ ın təklifini geri çevirdi
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ” Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı zamanı Rumıniyanın FKSB klubu ilə yoldaşlıq oyunu keçirməyi planlaşdırırmış. Lakin Buxarest klubu bundan imtina edib.
Sportal.az Rumıniyanın “Prima Sport” nəşrinə istinadən xəbər verir ki, ölkə çempionu psixoloji durum və taktiki səbəblərə görə “Qarabağ”ın təklifini geri çevirib. FKSB-nin direktoru Mixay Styoka Rumıniya nəşrinə açıqlamasında bu cür danışıb:
"Qarabağ" onlara qarşı yoldaşlıq oyunu keçirmək istəyib-istəmədiyimizi öyrənmək üçün bizə müraciət etmişdi. Amma bu, əhval-ruhiyyəmizi sarsıda bilərdi (gülür). Onlar yanvarın 12-də oynamaq istəyirdilər, amma 16-da Piteştidə “Argeş”lə oyunumuz var.
Xatırladaq ki, “Qarabağ” Antalyada (12 və 16 yanvar) iki yoldaşlıq oyunu keçirməyi planlaşdırırlar.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 21 Dekabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















