Icma.az
close
up
RU
Bu matç üçün biletlərin qiyməti 2 milyonu ötdü

Bu matç üçün biletlərin qiyməti 2 milyonu ötdü

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

FIFA Dünya Çempionatının final oyunu üçün bilet qiymətləri rekord həddə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, FIFAnın rəsmi satış platformasında final matçı üçün satışa çıxarılan bəzi biletlərin qiyməti 2 milyon dolları keçib.

Məlumata görə, dörd biletin hər biri təxminən 2,3 milyon dollar olaraq göstərilir.

Final oyunu 19 iyul tarixində “MetLife Stadium”da keçiriləcək. Bu qiymətlər idman tarixində indiyədək qeydə alınmış ən yüksək bilet məbləğləri hesab olunur.

Qeyd edək ki, FIFA qiymətləri birbaşa müəyyən etməsə də, platformada həyata keçirilən hər satışdan həm alıcıdan, həm də satıcıdan 15 faiz əməliyyat haqqı tutur. Bu isə o deməkdir ki, bir bilet 2,3 milyon dollara satılarsa, qurum təxminən 690 min dollar gəlir əldə edir.

Platformada digər bilet qiymətləri də diqqət çəkir. Qapı arxası sektorlar üçün biletlər 207 min dollar, yuxarı tribunalar isə 138 min dollar civarında təklif olunur. Hazırda final üçün ən ucuz biletin qiyməti 10 923 dollar səviyyəsindədir.

Bildirilir ki, qiymətlərin bu qədər artmasının əsas səbəblərindən biri FIFA-nın 2026-cı il turniri üçün əvvəlki illərdə tətbiq etdiyi qiymət məhdudiyyətini ləğv etməsidir. Qurum bu qərarı ABŞ və Kanadadakı sərbəst ikinci bazar şərtləri ilə izah edib.

Bundan əlavə, əvvəlki mundialda 5 faiz olan əməliyyat haqları da bu dəfə hər iki tərəf üçün 15 faizə qaldırılıb.

Yarımfinal və qrup mərhələsi oyunlarında da yüksək qiymətlər müşahidə olunur. Texasda keçiriləcək yarımfinal üçün biletlər 11 130 dollar, Atlantadakı qarşılaşma üçün isə 9 660 dollar səviyyəsində təklif edilir.

Qrup mərhələsində isə bəzi oyunlara maraq böyükdür. Məsələn, Los-Ancelesdə keçiriləcək ABŞ-Türkiyə matçı üçün biletlərin qiyməti 1345 dollardan başlayaraq 2970 dollara qədər yüksəlir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Aprel 2026 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri