Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

“Bu məğlubiyyətin əsas səbəbkarı mənəm” yığmanın baş məşqçisi etiraf etdi

“Bu məğlubiyyətin əsas səbəbkarı mənəm” yığmanın baş məşqçisi etiraf etdi

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yığmamız Millətlər Liqasının C liqasının 4-cü qrupu çərçivəsində Litva ilə keçirdiyi ev oyununda darmadağın oldu - 0:5.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında yığmanın baş məşqçisi Siyasət Əsgərov görüş haqda fikirlərini bildirib.
- İlk dəfə görürəm ki, ölkəmizdə mətbuat konfransı olur. Bugünkü mənzərədən sonra belə qarşılanma üzücüdü. Çox səhvlərimiz oldu. İlk dəqiqələrdə buraxdığımız qollarla komandada eniş oldu. Oyun planımızdan çıxdıq. İlk hissədə səhvlərə yol verdik. İkinci hissədə sistemdə fərqlilik etdik. Önə atılırsansa, arxada boşluqlar olur. O boşluqdan da növbəti qolu buraxdıq. Bu məğlubiyyətin əsas səbəbkarı mənəm. Komandaya da bunu dedim. Belə məğlubiyyət olmamalıydı. Bu rəqib Almaniya, İspaniya deyil. Onları səfərdə məğlub etmişdik. Komanda rəqibə yuxarıdan aşağı baxdı. Tribunadan oyunu izləyənlərə təşəkkür edir və məğlubiyyətə görə üzr istəyirəm.
- Siz nədə səhv etdiz ki, böyükhesablı məğlubiyyət yaşandı?
- Üçlü qrupda qərarlaşmışıq. Monteneqro vurduğu topa görə bizdən üstün idi. İlk dəfə idi ki, 5-3-2 sistemi ilə başladıq. Bacara bildiyimiz qədər qol vurmaq istədik. Öndə çoxalan zaman cinahlarda boşluqlar oldu. Rəqib səhvlərimizdən yararlandı. Üç mərkəz müdafiəçisi ilə oynadıq. Onların hücumçuları bizi üstələdi.
- Nazlıcanla, Bakaranadzenin yoxluğu, Aytacın ehtiyatda qalması nə ilə bağlı idi?
- Nazlıcan sarı vərəqə limitini doldurmuşdu. Bakaranadze əməliyyat olub. Aytac zədədən qayıdıb. Aytac tam hazır deyildi. Nərgiz son oyunlarda yaxşı çıxış edirdi. Nərgizlə davam etdik.
- Federasiya rəhbərliyi maddi cəhətdən motivasiya etmişdi?
- Oyundan öncə də demişdim ki, yeganə oyundu tribunada azarkeşlər var. Biz göldə boğulduq. Oyunu udasan ki, mükafat alasan. Bu məğlubiyyətdən sonra rəhbərliyin önünə çıxmağa utanırıq. Rəhbərlik tərəfindən qadın futboluna dəstək var. Qələbə qazansaydıq, qarşılığı olardı.
- Aysun Seydiyeva niyə karyerasını bitirdi?
- Aysun Seydiyevanı futbola mən qaytarmışam. Bu onun şəxsi fikridi. Onun qərarına hörmətlə yanaşırıq.
- Qazonun süni olması nə dərəcədə təsir göstərdi?
- Əslində biz süni qazon istəmirdik. Hücumçumuzun qaçmasında problem olurdu.
- Gələcək taleyiniz barədə düşüncəniz necədi?
- Rəhbərliklə görüşümüz olacaq. Bu hesabdan sonra rəhbərliyin mənə sualları olacaq. Litvada da məğlub olsaydıq, başa düşmək olardı. Bir məğlubiyyətlə buranı buraxacağıqsa, özümüzə hər dəfə yer axtaraq. Önəmli olan bugünkü səhvləri görməkdi. Bu məğlubiyyətlər davam edərsə, gedərəm. Bu qədər gözəl işlər görüb, getmək doğru olmaz. Hamı məğlub ola bilər. Məğlubiyyət məni çox üzdü. Belə olan halda şanslarımız da çətin duruma düşdü. Monteneqro rəqibi udacağı halda pley-off şansımız qalır. Son oyunu izləyəcəyik.
- Sizi burda oynamağa nə məcbur etdi?
- İnsanların bura gəlməsi üçün bütün sosial şəbəkələrdə paylaşım etmişdik. Məqsəd stadionu doldurmaq idi. Ona görə buranı seçdik.
- Bir neçə həftə əvvəl millidən 4 futbolçu Media Liqada iştirak etdi. Onların orda oynaması hazırlığa təsir edə bilər?
- Reklam xarakteri daşıyırdı. Qızlar 5-7 dəqiqə futbol oynayırdı. Kişi futbolçu Fidanın ayağını tapdalamışdı. Qız da ağlamışdı. Bunu da kimsə paylaşmışdı. Qadınların ora gəlməsi şounun bir növü idi. Orda iştirak edənlərin özləri də paylaşırdı ki, bu matça gəlin.
- Fidanı meydana buraxacağınızı gözləyirdik…
- Ümumiyyətlə zədəsi yoxdu. Fidan məşqdə də iştirak etdi.
- “Neftçi” ilə çempion olduz. Orda hazırlıq necə gedir?
- Ayın 24-də püşk atılacaq. Rəhbərliyin mənlə davam edib-etməyəcəyini bilmirəm. Çempionlar Liqasında yaxşı çıxış etmədik. Bu il reytinqimiz olmadığına görə 1-ci mərhələdən başlayacağıq. Orda da çətin rəqiblər olacaq. Şans üzümüzə gülsə, 1-ci mərhələni adlaya bilərik. Məqsədimiz ölkəmizə reytinq xalı qazandırmaqdı.
ƏSƏD SEYİDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 May 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see242

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see214

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see214

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see214

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see207

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see205

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see175

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see157

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see156

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see153

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see147

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see140

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see139

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see138

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see138

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see137

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri