Icma.az
close
up
RU
Bu məhsullarda ucuzlaşma olmayacaq Ekspertdən sərt xəbərdarlıq

Bu məhsullarda ucuzlaşma olmayacaq Ekspertdən sərt xəbərdarlıq

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ərzaq məhsullarının qiymətləri son vaxtlar artmağa davam edir, bu da istehlakçıları narahat edir. Hökumət müxtəlif addımlar atsa da, qiymət artımının dayandırılması hələ mümkün olmayıb. Ərzaq qiymətləri yaxın zamanda azalacaqmı?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova bildirib ki, ərzaq məhsullarının qiymətlərində son vaxtlar artım müşahidə edilir. Əslində müxtəlif ərzaq məhsulları kateqoriyasına görə, bu dəyişir.

Ekspertin sözlərinə görə, bəzi ərzaq məhsullarının standart qiymətləri var və dəyişməyib. Əslində bu mövsümdə müəyyən meyvə və tərəvəz məhsullarının qiymətlərində artım müşahidə edilir. Həm bazardakı qıtlıqla əlaqədardır, həm də müəyyən məhsullar var ki, xüsusilə də meyvə məhsulları parnik şəraitində yetişdirildiyi üçün və nübar mövsümündə dolayı satış qiymətləri bazara baha çıxarılır. Çünki onların mövsümü deyil. Sadəcə istixana şəraitində məhsul ərsəyə gəlibdir.

Digər bahalaşan məhsullar isə tərəvəzlərdir. Ona görə ki, müəyyən istehsal gücü var. Biz hələ o istehsal gücünə gəlib çatmamışıq. Bu da o deməkdir ki, daxili tələbatımızı ödəyə bilmirik. Daha çox qazanc əldə etmək məqsədilə, yerli məhsul da xüsusilə də 1-ci sort məhsullar xaricə göndərilir. Bu məhsulları Rusiya, Gürcüstan, Türkiyə və Ərəb ölkələrinə ixrac edirik. Ona görə də bazarda qıtlıq yaranır. Bu qıtlıq da qiymət artımına səbəb olur.

Digər səbəb isə ümumi istehlak yükündə qiymət artımı var. Kəndli də düşünür ki, əgər ümumi bazarda qiymət artımı varsa da niyə aşağı qiymətə satsın.

Ümumiyyətlə son dönəmlərdə müəyyən iqsidadi durğunluq müşahidə olunur. Bu mövsümi xarakter daşıyır. Alıcıların alıcılıq qabiliyyətinə görə dəyişir. Qışdakı tədarüklə yazıdakı tədarük eyni deyil.

Qiymətlərin enməsinə gəldikdə isə xeyr, böyük hissəsində, 85-95 faiz gözlənilmir. Digər 10 faizi isə mövsümündə əvvəl yetişən məhsullar üçün keçərlidir. İyul-avqust aylarında meyvə və tərəvəzlərin qiymətində müəyyən enmələr gözlənilir. Çünki artıq torpaqda yetişən məhsul olacaq. İstixana şəraitində yetişən məhsul baha başa gəlir. Çünki onun yetişdirilməsində xərclər olur. Süni qiymət artırılması da var parnik sahəsində.

Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 May 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri