Bu məhsulun qiyməti kəskin DƏYİŞDİ VİDEO
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Quş ətinin qiymətində artım müşahidə olunur.
News24.az Xəzər TV-yə istinadən bildirir ki, paytaxt sakinlərinin dediklərinə görə, əvvəllər 17-18 manata aldıqları hinduşka əti indi 19-20 manata təklif olunur.
Satıcılar qiymətlərin yüksəldiyini təsdiqləyirlər.
Bölgə bazarlarında da vəziyyət oxşar olaraq qalır. İsmayıllı sakinləri ötən illə müqayisədə qiymət artımını kəskin şəkildə hiss etdiklərini bildirirlər.
Satıcılar bahalaşmanın alıcı sayısına təsir etdiyini vurğulayırlar.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli qiymət artımının bir neçə səbəbi olduğunu qeyd edib. Xüsusən hinduşka, qaz və ördək kimi quş növlərinin kütləvi istehsal edilməməsi, bahalaşmanın əsas səbəblərindəndir.
İqtisadçı Xalid Kərimli son bir ildə ümumilikdə ət və ət məhsullarının 4,4 faiz bahalaşdığını açıqlayıb.
Ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 Noyabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















