Bu məhsulun Rusiyadan Almaniyaya ixracı kəskin artdı
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyadan Almaniyaya uran ixracı 2023-cü illə müqayisədə 70% artıb. 2024-cü ildə Almaniyaya 68,6 ton uran ixrac edilib.
Axar.az xəbər verir ki, bu barədə “Spigel” nəşri Aşağı Saksoniya əyalətinin Ətraf mühit, Energetika və İqlimin Qorunması Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, 2024-cü ildə uran Lingen şəhərindəki nüvə yanacağı istehsal edən “Advanced Nuclear Fuels” şirkətinin zavoduna göndərilib.
Qeyd edilib ki, hazırda AB-nin dinc məqsədlər üçün uranın idxalı və ixracına heç bir embarqosu yoxdur.
Baxış sayı:108
Bu xəbər 03 Yanvar 2025 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















