Icma.az
close
up
RU
Bu məkanlar turistləri məyus edir Araşdırma

Bu məkanlar turistləri məyus edir Araşdırma

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Yay tətilini məşhur turizm məkanlarında keçirmək istəyən şəxslər bəzən gözləmədikləri xidmət keyfiyyətsizliyi ilə üzləşirlər. Yeni araşdırma, turistlərin gözləntilərini qarşılamayan və “turist tələsi” kimi qiymətləndirilən ən böyük altı məkanı müəyyənləşdirib.


Sfera.az xəbər verir ki, “Daily Mail”də dərc olunan və “Nomad Esim” şirkətinin analizinə əsaslanan araşdırmada turistlər tərəfindən ən çox mənfi rəy alan məkanların siyahısı açıqlanıb. Siyahıya ABŞ və Avropada yerləşən tanınmış turistlik ərazilər daxildir.


Fişermans Varf– San-Fransisko (ABŞ)


İllik 12 milyon turistin ziyarət etdiyi bu liman bölgəsi, 1 000-dən çox ziyarətçi tərəfindən “çirkli, köhnəlmiş və həddən artıq izdihamlı” olaraq qiymətləndirilib. Bu yer sadəcə dəniz aslanlarına baxmaq üçün cəlbedici hesab olunub.


Vall Druq– Cənubi Dakota (ABŞ)


1931-ci ildə kiçik bir aptek kimi fəaliyyətə başlayan bu kompleks bu gün 76 min kvadratmetrlik turistlik məkana çevrilib. Lakin 2 milyon ziyarətçiyə baxmayaraq, burada da turistlər sıxlıq və yüksək qiymətlərdən şikayətlənirlər. “Hər yerdə aldadılırsan” deyən turistlər az deyil.


Las Ramblas – Barselona, İspaniya


826 nəfər buranı “turist tələsi” kimi qeyd edib. Cibgirlik halları və izdiham burada əsas problemlərdir.


Temple Bar – Dublin, İrlandiya


687 mənfi rəy alan bu ərazi bahalı qiymətlər və təmizlik problemləri ilə turistlərin narazılığına səbəb olur.


Çekpoint Çarlie – Berlin, Almaniya


681 rəy arasında “tarixi yerin ucuz kommersiya nöqtəsinə çevrilməsi” ən çox tənqid olunub.


Royal Mile – Edinburq, Şotlandiya


539 mənfi rəy alan tarixi küçə bu gün turist izdihamının mərkəzinə çevrilib. Yerli sakinlər bu dəyişikliyi narazılıqla qarşılayıb.


Araşdırma nəticələri göstərir ki, məşhur və çox ziyarət edilən yerlər belə bəzən böyük məyusluğa səbəb ola bilər. Ekspertlər səfər planlayanlara tövsiyə edir ki, yalnız reklam və tanıtımlara deyil, real ziyarətçi rəylərinə də diqqət yetirsinlər.


Bəsti Rəfizadə
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 İyul 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri