Bu məktəbə gedən sürücülər hər gün yolu bağlayırlar VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxtın Səbail rayonunda yerləşən 6 saylı orta məktəbə gedən valideynlər yolda tıxaca səbəb olurlar. Avtosfer.az xəbər verir ki, Bəhram Gurun heykəlinin qarşısından sağa dönmək istəyən sürücülər sıxlıq olduğunu görərək sol zolaqdan dönməyə çalışırlar. Bu zaman yolda hərəkət tamamilə dayanır. Düzünə Bayraq Meydanı istiqamətinə getmək istəyən sürücülər sağa dönən avtomobillərə görə tıxacda qalmalı olurlar. Yolda hərəkət o qədər gərginləşir ki, tıxacın uzunluğu Qız Qalasına kimi uzanır.
Övladlarını məktəbdən götürən sürücülərə tövsiyə edirik ki, yolda yaranan tıxacı nəzərə alaraq maksimum avtomobildən az istifadə etsinlər. Belə hallar yaranan zaman isə tək özlərini düşünməsinlər. Videogörüntüdən də aydın şəkildə görünür ki, özünü düşünərək sol zolağı məşğul edən sürücülər onlarla avtomobilin yolunu kəsib.
Könül Rauf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 23 Dekabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















