Icma.az
close
up
RU
Bu məktəbin müəllimləri attestasiyanı uğurla başa vurublar

Bu məktəbin müəllimləri attestasiyanı uğurla başa vurublar

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bildiyiniz kimi fevralın 28-dən martın 19-na qədər fortepiano və musiqi nəzəriyyəsi müəllimlərinin Bakı və Abşeron-Xızı Regional İdarələr üzrə müəllimlərin attestasiyası keçirilib. Burada 1700 nəfərə yaxın müəllim iştirak edib. Komissiya üzvlərindən olan professor, əməkdar müəllim Məmməd Quliyev fortepiano müəllimləri üzrə komissiyanın sədri olub.
Demokrat.az attestasiya prosesi haqqında Məmməd Quliyevin müsahibəsini təqdim edir:
-Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası prosesini necə qiymətləndirirsiniz? Proses necə keçdi?
-Attestasiya prosesinin başlanması və həyata keçirilməsini dəstəkləyirəm. Musiqi və incəsənət məktəblərində 90-ı illərdə mövcud olmuş və qeyri-qanuni fəaliyyət göstərən “orta və ali təhsil” müəssisələrinin məzunu olmuş yüzlərlə saxta diplomlu müəllimlər var attestasiya nəticəsində həmin müəllimlər öz bilik və bacarıqlarına uyğun qiymətləndiriliblər.Bildirmək istəyirəm ki komissiya üzvlərinin hər biri öz sahəsi üzrə peşkar şəxslərdən ibarət idi. Düşünürəm ki, bütün proses şəffaf və aydın həyata keçirilmişdir.
-Attestasiyada daha çox müşahidə etdiyiniz məqamlar nələrdən ibarət idi? Ümumiyyətlə, bu attestasiyaya zərurət var idi?
-Bu prosesinin başladılması çox vacib idi. İcra olunan proses tamamilə kamera nəzarəti altında həyata keçirilmişdi. Bu da şəfafflığın təməli idi. Nəticələr ədalətli şəkildə verilmişdir. Bir sıra məktəblərimiz (Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi, 2 nömrəli Rəşid Behbudov adına OMM) var ki bu məktəblərin müəllimlərinin böyük əksəriyyəti attestasiyanı uğurla başa vurublar. Həmçinin attestasiya zamanı bəlli oldu ki uyğun nəticə göstərə bilməyən müəllimlərin 86 faizi orta ixtisas müəssisələrinin məzunlarıdır və 135 nəfəri vaxtilə Asəf Zeynallı adına adlandırılan Bakı Musiqi kolleci, 165 nəfəri isə Sumqayıt Musiqi kollecinin məzunlarıdır.Bəzi müəllimlərin sahəsi üzrə təməl sualları düzgün cavalandırmaması heç ürək açan deyildi. Lakin attestasiyada iştirak edən yaşı 60-dən yuxarı müəllimlərimizin böyük əksəriyyəti uyğun dəyərləndirilib. Bakı, həm Sumqayıt, həm də Abşeronda də fəaliyyət göstərən elə məktəblər var ki, burada çalışan və attestasiyada iştirak edən müəllimlərin təxminən 50 faizi uyğun olmayıb.Attestasiyanın bir neçə ildən bir yenidən keçirilməsini tövsiyyə edirəm.
- Attestasiyanın nəticələrinə əsasən uyğun olmayan müəllimlərə nə tövsiyə edərdiniz?
-Müəllimlər öz peşələrinə daha məsuliyyətli yanaşmalı, davamlı öz üzərində işləməlidilər.Attestasiya nəticəsindən asılı olmayaraq hər bir müəllim davamlı biliklərini təkmilləşdirməlidir. Müasir yanaşmalar, effektiv metodikalara yiyələnməlidirlər. Bu attestasiya prosesi müəllimlərə bir şans oldu ki öz bilik və bacarıqlarını dəyərləndirib təkminləşdirsinlər.
 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Aprel 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri