Bu məktəbin qarşısında azyaşlıların həyatı təhlükə altındadır VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Bakıda məktəb şagirdlərinin və onların valideynlərinin yol hərəkəti qaydalarına əməl etməməsi ciddi təhlükəyə çevrilib. Avtosfer.az xəbər verir ki, bu problem paytaxtın 28 May küçəsində yerləşən 23 saylı orta məktəbin qarşısında müşahidə olunur.
Hər gün dərs saatlarının bitməsindən sonra məktəbdən çıxan şagirdlər yolu müəyyən olunmayan yerlərdən keçməyə üstünlük verirlər. Halbuki, 30-40 metr qarşıda nizamlanan piyada keçidi mövcuddur. Lakin valideynlər uşaqlarını təhlükəsiz keçiddən keçirmək əvəzinə, onların qaydaları pozmasına şərait yaradaraq pis vərdiş formalaşdırırlar. Hətta bir çox valideynlər maşınların arasından övladlarını keçirməyə çalışır və onları yolun ortasında avtomobilə mindirirlər. Bu isə həm uşaqların, həm də sürücülərin həyatı üçün ciddi təhlükə yaradır.
Sözügedən ərazidə yolun sol zolağı velosipedlərin ikitərəfli hərəkəti üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, qəfil yola çıxan uşaqlar təkcə avtomobillər üçün deyil, həm də velosipedçilər üçün təhlükə yaradırlar. Velosiped sürən şəxslər üçün belə gözlənilməz hallarla qarşılaşmaq qəza riskini artırır. Əksər hallarda valideynlər bu təhlükənin fərqində olmurlar və ya ona biganə yanaşırlar. Halbuki, uşaqlara düzgün yol hərəkəti vərdişlərinin aşılanması valideynlərin əsas vəzifələrindən biridir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 10 Mart 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















