Icma.az
close
up
RU
Bu məlumatları yayanlar işini itirə bilər RƏSMİ

Bu məlumatları yayanlar işini itirə bilər RƏSMİ

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əmək Məcəlləsinə edilən son dəyişikliklərlə dövlət və kommersiya sirri ilə yanaşı, vergi sirrinin yayılması və ya onun qorunması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi də əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Dəyişiklik işçinin əmək müqaviləsinə xitam verilməsi üçün əsas yarada bilən halların əhatəsini genişləndirir.

“Yeni Sabah” xəbər verir ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinə edilən dəyişikliklə əvvəlki redaksiyada yer alan “qəsdən istehsal, kommersiya və ya dövlət” ifadəsi “dövlət, kommersiya və (və ya) vergi” sözləri ilə əvəzlənib.

Beləliklə, dövlət, kommersiya və vergi sirrinin yayılması, eləcə də həmin məlumatların gizli saxlanılması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması halları sırasına daxil edilib. Dördpendirli pizza

Dəyişikliyin diqqətçəkən məqamlarından biri əvvəlki redaksiyada yer alan “qəsdən” sözünün çıxarılmasıdır. Əvvəllər işçinin sirri qəsdən yaydığının sübut edilməsi məsələsi mübahisələrə səbəb ola bilirdi. Yeni redaksiyada isə bu ifadə yer almadığından, hərəkətin qəsdən, yoxsa ehtiyatsızlıqdan törədilməsi ilə bağlı hüquqi qiymətləndirmə dəyişə bilər.

Məsələn, işçi müəssisəyə aid kommersiya sirrini özünün sosial şəbəkə hesabında paylaşarsa və bunun ehtiyatsızlıqdan baş verdiyini iddia edərsə, əvvəlki redaksiyada işəgötürən paylaşımın qəsdən edildiyini sübut etməli idi. Yeni dəyişiklikdən sonra isə sirrin yayılması faktının özü hüquqi qiymətləndirmə baxımından əhəmiyyət daşıyır. Bununla belə, əmək müqaviləsinə xitamın qanuniliyinin müəyyən edilməsi konkret hallardan və qanunvericiliyin digər tələblərindən asılıdır.

Dövlət, kommersiya və vergi sirri nədir?

“Dövlət sirri haqqında” Qanuna əsasən, dövlət sirri dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olan, yayılması ölkənin təhlükəsizliyinə ziyan vura bilən və dövlət tərəfindən mühafizə edilən məlumatlardır.

“Kommersiya sirri haqqında” Qanuna görə, kommersiya sirri hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və digər fəaliyyəti ilə bağlı olub, sahibinin razılığı olmadan açıqlanması onun qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.

Vergi sirri isə Vergi Məcəlləsinin 30-cu maddəsi ilə tənzimlənir. Ümumi qaydaya görə, vergi orqanlarının və onların vəzifəli şəxslərinin vergi ödəyicisi barədə əldə etdikləri məlumatlar, qanunla müəyyən edilmiş istisnalar nəzərə alınmaqla, vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur.

Vergi Məcəlləsində vergi sirri sayılmayan məlumatlar da müəyyən edilib. Bunlara vergi ödəyicisinin razılığı ilə açıqlanan məlumatlar, eyniləşdirmə nömrəsi, nizamnamə kapitalı, vergi qanunvericiliyinin pozulması və buna görə tətbiq edilən məsuliyyət tədbirləri, vergi borcları, ƏDV qeydiyyatı və riskli vergi ödəyicisi statusu ilə bağlı məlumatlar daxildir. Hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar da qanunda göstərilən istisnalar nəzərə alınmaqla bu siyahıya aiddir.

Məsələn, nizamnamə kapitalı 100 manat olan bir hüquqi şəxsin 20 min manat vergi borcu varsa və həmin müəssisə 2026-cı il ərzində 100 min manat vergi ödəyibsə, nizamnamə kapitalı və vergi borcu barədə məlumatlar qanunla müəyyən edilmiş qaydada vergi sirri hesab edilmir. Bununla belə, təsisçilər barədə məlumatlar və il ərzində ödənilmiş verginin məbləği ilə bağlı məlumatların açıqlanması məsələsi onların hüquqi statusu və qanundakı istisnalar nəzərə alınmaqla qiymətləndirilməlidir.

Beləliklə, Əmək Məcəlləsinə edilən dəyişiklik işçilərin dövlət, kommersiya və vergi sirrinin qorunması ilə bağlı məsuliyyətini ön plana çıxarır. Bu məlumatların yayılması və ya onların məxfiliyinin qorunması üzrə öhdəliklərin pozulması əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilər.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 Oktyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri