Icma.az
close
up
RU
“Bu məqamların hamısı bir araya gəldiyi üçün çempion olmuşduq”

“Bu məqamların hamısı bir araya gəldiyi üçün çempion olmuşduq”

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaydan etibarən “Antalyaspor”u çalışdıran Aleks de Souza “A Spor” kanalının qonağı olub.

Futbolçu kimi “Fənərbaxça”nın əfsanəsi olmuş və Türkiə çempionatında çıxış edən ən güclü legionerlərdən sayılan 47 yaşlı braziliyalı mütəxəssis müxtəlif mövzularda diqqətçəkən açıqlamalar verib:

“Gənc oyunçulara layiq olduqları şansı verməyə çalışıram. Mən oyunçuya şans verərkən adına və ya yaşına yox, səviyyəsinə baxıram. Ona görə də bu mövsüm, demək olar, əlimin altındakı bütün futbolçular az-çox oynamaq fürsəti əldə edib. 6 aya yaxındı burdayam. Burda U-15-dən tutmuş U-19-a qədər hamısında istedadlı isimlər var. Futbolçu kimi Türkiyədən ayrılmağımın üzərindən 12 il ötüb. Bu müddət ərzində büdcə baxımından “Qalatasaray” və “Fənərbaxça” ilə Anadolu klubları arasında fərqin böyüdüyünü söyləyə bilərəm. Buna baxmayaraq, Anadolu klublarında da səviyyəli futbolçular az deyil. Hakimlik mövzusu təkcə Türkiyədə yox, hər yerdə müzakirə olunur. Braziliyada da, İtaliyada da... Hakim səhvi hər yerdə var. Çünki insanın olduğu yerdə səhv də olur. Hakimləri dəyişmək əvəzinə onları inkişaf etdirmək lazımdı. Mən hansısa hakimin bilərəkdən nəsə etdiyinə, hansısa kluba qarşı sövdələşmənin olduğuna inanmıram. Hərənin bir fikri var. Bu cür düşünən insanları anlayışla qarşılayıram. Amma mənim düşüncəmə görə, hakim meydana çıxıb əlindən gələni edir və sonra da evinə dönür. Mourinyoya məni “Fənər”in sonrakı baş məşqçisi kimi görməsi ilə bağlı dediyi sözlərə görə minnətdaram. Fərqli ölkələrdə çempionluqlar qazanmış böyük bir futbol adamıdı. İndi də “Fənərbaxça”ya xidmət edir. Gözəl düşüncələri üçün təşəkkür edirəm. Okan Buruku və “Qalatasaray”dakı uğurlarını izləyirəm. Yalnız bu klubda yox, daha öncə çalışdığı yerlərdə də onu təqib edirdim. Əlinin altında güclü oyunçular var və komanda da yaxşı formadadı. Ardıcıl iki mövsüm çempion olmaq asan məsələ deyil. Ötən mövsüm “Fənərbaxça” ilə başabaş getdilər və son turda çempionluğu rəsmiləşdirdilər. Burukun yaxşı keçmişi, “Qalatasaray”ın da yaxşı tarixi var. Bütün ölkə onların uğurlarını dəstəkləyir. Qabriel Saranı uşaq yaşlarından tanıyıram. Onu sonradan tanıyanlar üçün performansı sürpriz ola bilər. Amma biz onun adı “Qalatasaray”la hallanmağa başladığı vaxtdan bəri burda uğur qazanacağını bilirdik. Zikodan sonra nə üçün hələ də Türkiyədə əcnəbi məşqçi çempion ola bilməyib? Əslində Zikro bizim dönəmdə hər baxımdan oturuşmuş bir komandanın parçası idi. Çempionluğa inanan, səviyyəsini hər matçda göstərməyə çalışan bir oyunçu qrupu, eləcə də çempionluq üçün hər şey etməyə hazır olan rəhbərlik və prezidentimiz var idi. Bir-biri ilə zəncirvari şəkildə bağlı olan bu məqamların hamısı bir araya gəldiyi üçün çempion olmuşduq. Çempion olmaq heç də asan məsələ deyil. Hər müstəvidə bir araya gəlib bunun üçün zəmin hazırlamaq lazımdı. Mənim üçün məşqçinin milliyyəti heç vaxt önəmli olmayıb”.


Yeri gəlmişkən, Aleks bu şəkildə təcrümə olunan sözlərindən sonra yeni bir açıqlama vermək məcburiyyətində qalıb. Çünki onun “Qalatasaray”a və Okan Buruka tərif yağdırması “Fənər” fanatları arasında birmənalı qarşılanmayıb. Aleks “instaqram” səhifəsinin hekayə bölümündə bunu paylaşıb:

“Təəssüf ki, sözlərim düzgün tərcümə olunmayıb. Ona görə də bu mövzuya yenidən qayıtmalı oldum. Öz dilimdə söylədiklərim kameraya düşüb. Ona görə də işim rahatdı. Okan Burukun tək “Qalatasaray”da yox, digər klublardakı uğurları da bütün Türkiyəyə məlumdu. Ziko və “Fənərbaxça” ilə bağlı söylədiyim kimi, Okan Buruk da “Qalatasaray”da yaxşı çalışan sistemin bir parçasıdı. Yaxşı və qüvvətli oyunçuları var. “Qalatasaray” ölkədəki digər klubların yaxalamağa çalışdığı bir kollektivdi. Buruk artıq neçə müddətdi yaxşı işlər görür. Sözlərimin düzgün tərcüməsi məhz bu cürdü. Üzgünəm, amma bu, məndən asılı olmayan bir şeydi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Dekabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri