Bu Mercedes lərdən daha buraxılmayacaq
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Mercedes-Benz" yeni nəsil van avtomobilləri ailəsini təqdim etməyə hazırlaşdığı üçün "Renault" ilə birgə hazırlanan T-klass və onun kommersiya versiyası olan "Citan" modelindən imtina edir.
Oxu.Az "Automobilwoche"yə istinadən xəbər verir ki, növbəti il Fransanın Mobej şəhərində yerləşən zavodda hər iki modelin istehsalı dayandırılacaq.
Şirkət nümayəndəsi təsdiq edib ki, "Mercedes-Benz" hazırkı strategiyasına uyğun olaraq daha çox premium seqmentlərə diqqət yetirir. Nəticədə, markanın model sırası mütəmadi olaraq optimallaşdırılır.
Gözlənilir ki, EQT kimi tanınan T-klassın elektrik versiyası da istehsaldan çıxarılacaq.
Hazırda "Mercedes-Benz" T-klass və "Citan"nın qiymətləri təxminən 25 min avrodan başlayır.
Baxış sayı:91
Bu xəbər 13 Aprel 2025 03:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















