Bu məscidlərə yeni təyinat
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub.
Bu barədə Bakıvaxtı.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, komitə sədri Ramin Məmmədovun müvafiq əmrlərinə əsasən, rotasiya qaydasında Nicat Xudiyev Şuşa şəhəri üzrə imam müavini vəzifəsindən Şuşa şəhərində yerləşən "Yuxarı Gövhər ağa" məscidinə imam müavini vəzifəsinə, Rövşən Məmmədov isə Ağdam rayonunun Xındırıstan kənd məscidindəki imam müavini vəzifəsindən Ağdam şəhərinin "Cümə" məscidinə eyni vəzifəyə təyin edilib.
Keçirilən təqdimat mərasimlərində bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə azan səslərinin yenidən ucalması və ibadət məkanlarının dindarların istifadəsinə verilməsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin nəticəsidir.
Çıxışlarda Qarabağ və Şərqi Zəngəzur bölgələrində dini ibadət ocaqlarının tikintisi, əsaslı təmiri və bərpası istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Baxış sayı:86
Bu xəbər 07 May 2026 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















