“Bu məsələdə erməni dostlarımıza etibar edirik” Əraqçi
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
“Regionda və ətrafımızda ABŞ-nin istənilən mövcudluğu ilə bağlı narahatlığımız var. Lakin konkret bu məsələdə erməni dostlarımızla sıx əlaqə saxlayırıq və onlara etibar edirik”.
Yeniavaz.com xəbər verir ki, bunu, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün, oktyabrın 16-da İrəvanda News.am-ın müvafiq sualını cavablandırarkən deyib.
O, Ermənistan rəsmilərinin son səfərlərini, eləcə də Ermənistan və İran arasında aparılan son danışıqları nəzərə alaraq, İranın regionda ABŞ-nin mövcudluğundan narahat olub-olmadığı barədə suala belə münasibət bildirib.
“Biz bilirik ki, onlar İranın təhlükəsizliyinə qarşı heç bir addım atmırlar. Buna görə də Ermənistan hakimiyyəti ilə məsləhətləşmələrimizi davam etdiririk. Mənim çox yaxşı dostum olan Ermənistanın xarici işlər naziri Tehranda idi. Biz yaxşı məsləhətləşmələr apardıq. Bu gün isə prezidentimiz Ermənistanın baş naziri ilə görüşəcək. Biz sıx əlaqədəyik”.
Bu mövzuda digər xəbərlər:ABŞ ilə yalnız bu məsələdə danışıqlar aparacağıq Əraqçi
05 Noyabr 2025 15:22
Əraqçi İranın etibar etdiyi ölkəni AÇIQLAYIB
25 Aprel 2026 18:50
Əraqçi: Tehran Vaşinqtona etibar edə bilməz
15 May 2026 14:52
Əraqçi: Onlara qətiyyən etibar etmək olmaz
21 Oktyabr 2026 01:52
Vitkoff Əraqçi görüşü bu gündür
22 May 2025 13:10
Baxış sayı:81
Bu xəbər 16 Oktyabr 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















