Icma.az
close
up
RU
Bu məsələlərdə yeni yanaşmalara ehtiyac var Deputat

Bu məsələlərdə yeni yanaşmalara ehtiyac var Deputat

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat “Büdcə sistemi haqqında” AR-nın Qanuna uyğun olaraq Milli Məclisə təqdim edilmişdir. Həm layihə, həm də hesabat lazımi məlumatları əhatə etməklə qanuna müvafiq qaydada tərtib olunub.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rövşən Muradov   “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.

“Qanun layihəsi və hesabat tərəfimizdən Hesablama Palatasına rəy üçün təqdim edilmiş və bu rəy palata tərəfindən Milli Məclis üzvlərinə təqdim edilib. 

2024-cü ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət, müdafiə və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin, regionda baş verən hadisələrin və işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra  edilib. 

Təqdim olunmuş sənədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 27 may 2024-cü il tarixli iclasında ətraflı müzakirə edilmişdir.

Bildiyiniz kimi, 2024-cü il ölkəmiz üçün siyasi müstəvidə çox əhəmiyyətli tarixi hadisələrlə əlamətdar olmuşdır. Belə ki, ölkəmizin bütün suveren ərazisində Azərbaycanın öz müstəqilliyi tarixində ilk dəfə olaraq fevralın 7-də növbədənkənar prezident seçkiləri, sentyabrın 1-də isə VII çağırış Milli Məclisə növbədənkənar  seçkilər keçirilmişdir.

Demokratik inkişaf tariximizə yeni uğur səhifəsi kimi yazılan prezident və parlament seçkilərinin nəticələri xalqımızın Ulu öndər Heydər Əliyev yoluna sədaqətini, Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətinə inam və etimadını bir daha nümayiş etdirməklə bərabər, ölkə başçısının sədri olduğu Yeni Azərbaycan Partiyasına birmənalı dəstəyinin növbəti təzahürü oldu.

Ötən ildə ölkənin dövlət büdcəsinin gəlirləri yuvarlaq olaraq 37,2 mlrd. manat (37 milyard 164,2 milyon manat), xərcləri isə 37,7  mlrd.manat (37 milyard 719,7 milyon manat) təşkil etmişdir. Bu göstərici 2023-cü illə müqayisədə müvafiq olaraq 5,5 % və 3,5 % çoxdur. Yeri gəlmişkən 2024-cü ildə büdcə kəsiri 555,5 mln. manat olmaqla, ÜDM-in 0,4 %-ini təşkil etmişdir. Yeni reallıqlar nəzərə alınaraq, ötən ildə də iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz məhsullarının ixracının genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Belə ki, ölkə üzrə iqtisadi artım 4,1 faiz, illik inflyasiya 2,2 faiz, tədiyyə balansının saldosu müsbət 4,7 mlrd. dollar olmaqla, qeyri-neft-qaz sektoru üzrə 6,2 faiz, neft-qaz sektoru üzrə isə 0,3 faizlik real artım qeydə alınmış, adambaşına düşən ÜDM-in həcmi isə real ifadədə 3,6 faiz artmaqla 12,4 min manat təşkil etmişdir.

Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2024-cü ildə 5,3 mlrd. manatdan çox vəsait ayrılmışdır ki, bu da infrastruktur təyinatlı layihələrin tikintisinə və yenidən qurulmasına, müdafiə və hüquq mühafizə təyinatlı obyektlərin tikintisinə və təmirinə, sosial təyinatlı layihələr üzrə xərclərə yönəldilib.

Çıxışımın sonunda qeyd etmək istəyirəm ki, gələcəkdə büdcənin gəlir və xərclərinin daha dəqiq planlaşdırılması, onun daha səmərəli icrası üçün qüvvədə olan qanunvericilik bazasının təkmilləşdirilməsinə, maliyyə nəzarəti tədbirlərinin və intizamının daha da gücləndirilməsinə, büdcə xərclərinin icrasının səmərəlilik və nəticəlilik əsasında qiymətləndirilməsi istiqamətində yeni yanaşmalara ehtiyac vardır”,-deputat əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyun 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri