Icma.az
close
up
RU
Bu məsələlərə kor olsaq, gələcəkdə... Kağız üzərində qalan pasiyent hüquqları

Bu məsələlərə kor olsaq, gələcəkdə... Kağız üzərində qalan pasiyent hüquqları

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

“Göz” deyilən kimi yadıma xəstəxanlarda bir gözümü əlimlə tutub o biri gözümlə oxumağa çalışdığım hərflər düşür.

Bəzi həkimlər birbaşa ən balaca hərfdən başlayırdı. Mən də oxumağa çalışırdım, gözümdən yaş sel kimi axırdı.

Keçmiş zamanda danışıram. Ona görə yox ki, artıq xilas olmuşam. Sadəcə, bir neçə dəqiqəlik də olsa, unutmaq istəyirəm. Ancaq “Word”ün ağ səhifəsinə məğlub oluram. Bir az çox baxan kimi yazılar bıldır-bıldır axır gözümdən...
Ona görə də göz mənim ən həssas yerimdir. Kimsə gözündən şikayət eləyəndə onu öz problemim kimi dinləyirəm, narahat oluram.

Dünən də bir məsələ diqqətimi çəkdi. Görün nə olub?..

Azərbaycan səhiyyə sistemində pasiyent hüquqları ilə bağlı yeni bir qalmaqal cəmiyyəti silkələdi. Humay Əliyeva adlı vətəndaş, tanınmış oftalmoloq Cahid Şahbazov tərəfindən aparılan göz əməliyyatından sonra sol gözünün görmə qabiliyyətini tamamilə itirdiyini iddia edir. Onun sözlərinə görə, əməliyyatdan əvvəl heç bir ciddi problemi olmayan gözü yanlış diaqnoz, səhv müayinə və qeyri-dəqiq tibbi müdaxilə nəticəsində kor olub. Bu iddialar təkcə bir şəxsin faciəsi deyil, həm də ümumilikdə səhiyyə sistemindəki boşluqların əlamətidir.

***

Humay Əliyeva deyir ki, əməliyyat tanınmış göz həkimi Cahid Şahbazov tərəfindən “Caspian Hospital”da həyata keçirilib. Onun iddiasına görə, həkim gözü yanlış müayinə edib və səhv diaqnoz qoyub. Nəticədə, əməliyyatdan sonra Humay Əliyeva təkcə görmə qabiliyyətini deyil, həm də sinir və əzələ funksiyalarını itirib.

Ən dəhşətlisi isə odur ki, hüquq-mühafizə orqanlarının təyin etdiyi ekspertiza nəticəsində əməliyyatdan əvvəl həmin gözündə iddia olunan xəstəliklə bağlı heç bir problemin olmadığı müəyyən edilib. Bununla belə, Humay Əliyevanın şikayət etdiyi cinayət işi Səbail Rayon Prokurorluğunda illərlə araşdırılsa da, hələ də məhkəməyə göndərilməyib.

***

Burada ilk diqqətçəkən məsələ cinayət işinin gecikdirilməsi və hüquqi prosesin şəffaf aparılmamasıdır. Humay Əliyevanın dediyinə görə, həkim pasiyentlərə “siz mənə heç nə edə bilməzsiniz, güclü vəkillərim var” deyərək, məsuliyyətdən yayınmağa çalışır.

Azərbaycan qanunvericiliyinə əsasən, pasiyentin səhhətinə vurulan zərərə görə həkim məsuliyyət daşıyır. Bu məsuliyyət həm mülki, həm inzibati, həm də cinayət xarakterli ola bilər. Əgər ekspertiza əməliyyatdan əvvəl xəstənin vəziyyətində problem olmadığını təsdiqləyirsə, bu zaman səhv diaqnoz və tibbi müdaxilə faktı hüquqi baxımdan sübut edilmiş sayılır. Bu halda niyə məhkəmə prosesi hələ də başlamayıb?

***


Humay Əliyevanın iddiaları ətrafında suallar yalnız bir həkimin fəaliyyəti ilə məhdudlaşmır. Onun timsalında ortaya çıxan əsas məsələ budur: Azərbaycan səhiyyə sistemində pasiyent hüquqları nə qədər qorunur?

Rəsmi olaraq guya nəzarət var, amma praktikada biz bunu görmürük. Sanki hamı başlı-başınadır. Xüsusilə özəl klinikalarda həkimlərin fəaliyyəti üzərində müstəqil nəzarət orqanlarının rolu zəifdir. Bu da bəzi hallarda məsuliyyətsiz yanaşmaya, kobud tibbi səhvlərə yol açır.

***

Humay Əliyevanın səsləndirdiyi ittihamlar sosial mediada da geniş rezonans doğurdu. Onun paylaşdığı videolara və açıqlamalara minlərlə insan baxdı, şərhlərdə isə insanlar həmrəylik göstərməklə yanaşı, özləri də analoji hallarla qarşılaşdıqlarını yazdılar. Bəzi şərhçilər iddia etdilər ki, onlar da Cahid Şahbazovun müalicəsindən narazı qalıblar, amma səsini çıxarmağa cəsarət etməyiblər.

Ən böyük problem də budur. Problemin var, amma şikayət eləyə bilmirsən. Niyə? Çünki bu adamların güclü “dayday”ları olur. Bir növ, “get hara istəyirsən şikayət elə” deyirlər. Adamlar kor olur, kar olur, yaralı ayağı qala-qala sağlam ayağı kəsilir, amma heç kimə dərdini deyə bilmir.

***

Deyirlər ki, hər əməliyyat risklidir və nəticələr öncədən dəqiqliklə proqnozlaşdırıla bilməz. Lakin bu, həkimin səhv diaqnoz qoyması və müayinə etməsi faktını doğrultmur.

***


Bu, təkcə Humay Əliyevanın problemi deyil, bu, hamımızın problemidir. İndi hamının göz problemi var. Demək ki, bu məsələlərə kor olsaq, gələcəkdə hamımız hər an kor ola bilərik.

Bəs sonra?..

Oğlumuz, qızımız, nəvəsimiz kor ola bilər!

Oğlumuz, qızımız, nəvəmiz şikəst qala bilər!

Oğlumuz, qızımız, nəvəmiz səhv diaqnozun qurbanı ola bilər!

Oğlumuz, qızımız, nəvəmiz bədbəxt ola bilər!

Biz susduqca!..

Bu hadisə göstərdi ki, pasiyentlərin hüquqlarını qorumaq üçün yaradılmış mexanizmlər kağız üzərində qalıb.

Ən pisi isə budur ki, bu cür hadisələrdə cəzasızlıq halları daha çox həkimləri deyil, digər xəstələri qorxudur. İnsanlar xəstəxanaya ümidlə gedir, sağlamlığını itirərək çıxır.

***


Kor olmamalıyıq belə hadisələrə…

Təkcə özümüz üçün yox, oğlumuz, qızımız, nəvəmiz üçün!..

Bizi sevən hər kəs üçün!

Məşhur türk müğənni vəfat etdi Səhnədə alqışladıq, həyatda unutduq - Müalicəyə pul tapa bilməyən aktyorumuz kimdir? 7 yaşında atası güllələnən Nigar Rəfibəylinin film kimi həyatı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 İyul 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see331

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see315

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see175

Millimizin Şotlandiya ilə matç üçün START HEYƏTİ

14 Oktyabr 2025 19:08see166

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see139

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see139

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see138

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see138

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see135

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see135

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see132

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see132

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see131

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see131

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see131

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see130

Bank VTB nin aktivləri 6 faizə yaxın azaldı

14 Oktyabr 2025 17:16see129

Dünyada buğdanın qiyməti çökdü

14 Oktyabr 2025 15:36see128

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see126

Azərbaycanlı kulturoloq UNESCO nun Sülh Mədəniyyəti İnstitutunun fəxri prezidenti adına layiq görülüb

14 Oktyabr 2025 17:27see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri