Bu məşhur xəstəxana sökülür FOTO
Icma.az, Medicina portalına istinadən məlumat verir.
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan, Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli Şəhər Xəstəxanasının binası qəzalı vəziyyətə görə mərhələli şəkildə boşaldılır.
Daxil olan şikayətlər əsasında Bakupost.az-ın TƏBİB-ə ünvanladığı sorğudan sonra məsələyə baxılıb və müvafiq tədbirlərin görülməsinə başlanılıb.
Məlumata görə, ərazidə yeni xəstəxananın tikintisi planlaşdırıldığından sabahdan etibarən köçürülmə prosesi icra ediləcək.
Qeyd olunur ki, xəstəxananın poliklinika və laboratoriya şöbələri əvvəlki kimi ərazidəki yardımçı tikilidə fəaliyyətini davam etdirəcək.
Digər şöbələr isə aşağıdakı qaydada müxtəlif tibb müəssisələrinə köçürülür:
Şüa diaqnostikası, ginekologiya və doğum şöbəsi 1 nömrəli Şəhər Xəstəxanasına köçürülür.
Terapiya şöbəsi 4 nömrəli Şəhər Xəstəxanasında fəaliyyət göstərəcək.
Anesteziologiya, reanimasiya və intensiv terapiya, eləcə də cərrahiyyə şöbəsi TTTY xəstəxanasında fəaliyyətini davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:210
Bu xəbər 29 Aprel 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















